Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdə suyun səviyyəsi niyə azalır? - Yenilənib + Video

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycanın əsas şirin su mənbəyi olan Kürdə suyun səviyyəsinin kəskin şəkildə azalmasına münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Kür çayının aşağı axımını qidalandıran ölkədaxili çaylarda suyun həcmi azalıb:

“Bu da Kür çayınının aşağı axımında suyun səviyyəsinə təsir edib. Bunu nəzərə alaraq Mingəçevir su anbarından buraxılan suyun həcmi saniyədə 80 kub kilometr artırılıb. Yaxın bir neçə gün ərzində vəziyyət yenidən sabitləşəcək”.

Agentlikdən qeyd edilib ki, Mingəçevir su anbarında kifayət qədər su ehtiyatları toplanılıb.

***

Azərbaycanın ən böyük çayı, ölkənin isə əsas şirin su mənbəyi olan Kürdə suyun səviyyəsi yenə kəskin azalmağa başlayıb.

Bu vəziyyət daha çox çayın aşağı axın hissəsində, yəni SalyanNeftçala rayonlarında müşahidə olunur.

Neftçala sakini Məmməd Bayramov deyir ki, heyvanlar su içə bilmirlər, həyətlərdə ağaclar məhv olur: “Su çəkiblər, amma o da 10 dəqiqə verilir və kəsilir. Həmin su da yodludur, ağacları məhv edir. Bizə Kürün suyu lazımdır".

Ekspert Sahib Həsənovun sözlərinə görə, yayın oğlan çayında Kür çayında suyun səviyyəsinin təxminən iki metr aşağı düşməsi təşviş və narahatçılıq doğurur: “10-12 gün əvvəl Kürdə suyun səviyyəsi normal idi. Bunun səbəbləri araşdırılmalıdır”.

Daha ətraflı Baku TV-nin süjetində:

Poliqon.info 


Etiket: Kür


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"

Ən çox oxunanalar