Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdə 8 deputat yeri boşdur - Seçki keçiriləcək?

Bu gün Milli Məclisin deputatı Madər Musayev dünyasını dəyişib. 75 yaşlı parlamentari xəstəlikdən vəfat edib. Bununla da parlamentdə daha bir deputatın yeri boş qalıb. 

Modern.az bildirir ki, hazırda Milli Məclisdə 8 deputatın kreslosu boşdur. 

Boş yerlərin siyahısını təqdim edirik:

1. 80 saylı İmişli-Beyləqan seçki dairəsi;

2. 74 saylı Lənkəran kənd seçki dairəsi;

 
3. 35 saylı Xətai üçüncü seçki dairəsi;

4. 33 saylı Xətai birinci seçki dairəsi.

Bundan başqa, 2020-ci il avqustun 4-də Milli Məclisin ən yaşlı üzvü Fəttah Heydərov vəfat edib. Hazırda onun seçildiyi 116 saylı Qəbələ seçki dairəsindən deputat yeri boşdur.

Deputatı Eldəniz Səlimov isə içkili halda Xaçmazdakı istirahət mərkəzlərindən birində polisi döydüyünə görə 4 avqust 2021-ci ildə həbs olunub. O, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilib. Hazırda onun postu boş qalır.

Milli Məclisin üzvü Şahin Seyidzadə 3 mart 2022-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatdan sonra Şahin Seyidzadə deputat mandatından imtina edib. O, 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib.

Poliqon.info 


Etiket: Milli Məclis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Ən çox oxunanalar