Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya Ukraynaya kaset sursatlarının göndərilməsinə qarşı çıxdı

Almaniyanın xarici işlər naziri Annalena Burbok iyulun 7-də bildirib ki, ölkəsi Ukraynaya kaset bombası göndərilməsinin əleyhinədir...

Poliqon The Guardian nəşrinə istinadən xəbər verir ki, bu bəyanat ABŞ rəsmilərinin Vaşinqtonun Kiyevi kaset sursatları ilə təmin etməyi planlaşdırması açıqlandıqdan bir gün sonra verilib.

Burbok Vyanada keçirilən iqlim konfransında jurnalistlərə verdiyi açıqlamada "Mən medianın xəbərlərini izlədim. İştirakçı dövlətlər olaraq bizim üçün Osloda əldə olunan razılaşma etibarlıdır", deyib.

O, 2008-ci ildə Norveçin paytaxtında imzalanmış və kaset sursatlarının istifadəsini, yığılmasını, istehsalını və ötürülməsini qadağan edən sazişi nəzərdə tutur.

Qeyd edək ki, ötən gün Amerika KİV-lərində ABŞ-ın tezliklə Ukraynaya kaset sursatlarının təhvil verilməsinə razılıq verə biləcəyi ilə bağlı xəbərlər yayılıb. İyulun 6-da qərarın Co Baydenə aid olduğu açıqlanıb.

İyulun 7-də "Washington Post" qəzeti yazıb ki, ABŞ prezidenti Co Bayden Ukraynaya kaset bombalarının verilməsini təsdiqləyib.

“Human Rights Watch” təşkilatı bildirib ki, bu gün Ukrayna dünyada kaset bombalarından istifadə edilən yeganə ölkədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar