Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin yarpaq tökümü – müəmmalı məmur ölümlərində Andropovun izi...

Andropovun hakimiyyətə gəlişi müəmmalı məmur ölümlərinin üstündən keçsə də, birinci kürsüyə sahib olmasında gərgin mübarizələr aparsa da, o, ölkəyə cəmi 15 ay rəhbərlik edib...

Yuri Andropov Leonid Brejnevin yaratdığı Ukrayna klanının üzvü olmasa da, baş katib hakimiyyətə gəldikdən sonra onu ən mühüm postlardan birinə, Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin edib. Təbii ki, bu təyinat səbəbsiz olmayıb. Brejnev bu vəzifəyə özünə daha yaxın bir şəxsi təyin edə biləcəyi halda, o, məhz Andropovu seçib. Baş katib Andropovu yaxından tanıyıb, onun qətiyyətinə bələd olub və ondan lazım olmayan kadrların aradan götürülməsi üçün istifadə etməyi qərara alıb. Elə bu məqsədlə Andropovun DTK-ya təyinatından sonra bu quruma daha böyük səlahiyyətlər verilib. Kreml “mətbəx”inə yaxşı bələd olan Andropov Brejnevin ona nəyə görə etimad göstərdiyini yaxşı anlayıb və gələcək karyerasına yol açmaq, birinci kürsüyə sahib olmaq üçün ikibaşlı siyasi oyunların mərkəzində dayanmaqdan çəkinməyib. Verilən səlahiyyətlər Andropov üçün gələcək rəqiblərini aradan götürməyə böyük şans yaradıb.

1970-ci illərin ortalarından başlayaraq yüksək ranqlı dövlət məmurlarının müəmmalı ölümləri ictimaiyyyətə “üərktutma”, “qəfil ölüm”, “uzun sürən xəstəlik” kimi təqdim edilsə də, bu ölümlərlə bağlı fərqli versiyalar da səsləndirilib.

Məhz həmin ərəfədə, 1976-cı il aprelin 26-da Qreçkonun qəfil ölüm xəbəri yayılıb. Qreçkonun qəfil ölümü çoxlarında şübhə yaradıb. Kifayət qədər sağlam olan, mütəmadi olaraq xüsusi həkim müayinəsindən keçən marşalın ölümü müxtəlif versiyaların üzə çıxmasına səbəb olub. Bu versiyalardan birində Andropovun da adı hallanıb. Belə ki, dolaşan söhbətlərə görə, Andropov Brejnevin göstərişi ilə marşalı qida zəhərlənməsindən öldürüb. Qreçko ilə Andropovun arasında konflikt olmasını nəzərə alsaq, fakt inandırıcı görünə bilər. Bu şübhələrə baxmayaraq, marşalın ölümü ilə bağlı ciddi araşdırmalar aparılmayıb.

1976-cı ildə daha bir müəmmalı ölüm baş verib. Mərkəzi Komitənin katibi, Kremlin ən perspektivli kadrlarından biri sayılan Fyodor Kulakov qəfil ürəktutmasından vəfat edib. Kulakov baş katib vəzifəsinə real namizədlərdən biri sayılıb. Mərkəzi Komitədə bir çox məsələlər onunla razılaşdırılıb. Sözsüz ki, bu da Andropovu ciddi narahat edib və Kulakovun müəmmalı ölümündə yenə də Andropovun adı hallanıb.

Yuri Andropova “mane” olan əsas simalardan biri Brejnevə yaxınlığı ilə tanınan Semyon Sviqun olub ki, o, DTK-da özünü Andropovla eyni səlahiyyətdə sayıb. Sviqunu DTK sədrinin birinci müavini vəzifəsinə Brejnev gətirib, məqsədi isə Andropovun fəaliyyətini nəzarətdə saxlamaq olub. 19 yanvar 1982-ci ildə Sviqunun da ölüm xəbəri yayılıb. Ordu generalının intihar etdiyi bildirilib. Bununla da Andropovun ətrafından daha bir arzuolunmaz şəxs zərərsizləşdirilib.

1982-ci ildə Brejnevin səhhətində yaranan ciddi problemlər hakimiyyət uğrunda mübarizəni daha da qızışdırıb. SSRİ-də adətən rəsmi və qeyri-rəsmi qanunlara görə baş katib kürsüsünə Mərkəzi Komitə katiblərindən biri seçilib. Bunu nəzərə alan Andropov DTK-dan Mərkəzi Komitəyə transfer olunmağı vacib sayıb. Elə məhz bu ərəfədə də partiya xətti ilə Brejnevdən sonra ikinci şəxs sayılan Mərkəzi Komitənin katibi Mixail Suslov 25 yanvar 1982-ci ildə qəfil vəfat edib. Suslovun ölümü Andropov üçün Mərkəzi Komitənin qapılarını açıb. O, Mərkəzi Komitənin ideologiya üzrə katibi seçilib.

Yuri Andropov qısa müddətdə Kremldə özünü tanıtmağı bacarıb. 1982-ci ildə Kremldaxili siyasi oyunlarda o, ən mahir oyunçu sayılıb. Hakimiyyətin Ukrayna klanına keçməməsi üçün sabiq DTK şefi ən kiçik siyasi qüvvələri belə zərərsizləşdirməyi bacarıb. Qromıko, Ustinov, Çernenko, Romanov, Şerbitski kimi ölkənin nəhəng siyasətçiləri sayılan Siyasi Büro üzvlərinin arasında Andropov hakimiyyəti ələ keçirməyə müəssər olub.

Beləliklə, 1970-1980-ci illərdə Kremlin yarpaq tökümündə ən müəmmalı siyasi fiqurlardan biri olan Yuri Andropov birincilik uğrunda gedən mübarizədə qələbə qazanıb, qısa müddətlik olsa da, SSRİ tarixinə Andropov dövrünü yazmağa nail olub. Ən başlıcası isə siyasilərin müəmmalı ölümündə rəsmi olaraq üzərinə heç bir ləkənin düşməsinə imkan verməyib.

Andropov hakimiyyətdə olduğu 15 ay ərzində Brejnevin yaratdığı kadr zəncirini son bəndinə qədər sökməyi bacarıb. O, təkcə yuxarı eşalonda 18 nazir və komitə sədrini vəzifəsindən uzaqlaşdırıb, vilayət partiya komitələrinə 37 nəfər yeni birinci katib seçilib. Bütün kadr islahatları və eyni zamanda Andropovun göstərişi ilə həyata keçirilən həbslər korrupsiyaya qarşı mübarizənin nəticələri sayılıb. Sovet vətəndaşları cinayətkarlıqla mübarizə baxımından bu hadisələri normal qiymətləndirsələr də, ancaq “Stalin rejimi”nin qayıtması kimi bir xof ciddi narahatlıq yaradıb.

Andropov ölkədə nizam-intizamın gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirib. Onun rəhbərliyi dövründə insanların kütləvi getdiyi yerlərdə, univermaqlarda, kinoteatrlarda, kafelərdə milislər tərəfindən qəfil yoxlamalar keçirilib. Əgər iş vaxtı kimsə belə yoxlamalar zamanı yaxalanıbsa, həmin kəslər haqqında ciddi tədbirlər görülüb. Nizam-intizamın gücləndirilməsi ilə bağlı keçirilən tədbirlərdə alkoqolizmə qarşı mübarizə xüsusi yer tutub. Ancaq buna baxmayaraq, yarım litr yerli istehsal olan arağın qiyməti Brejnevin hakimiyyəti dövründə 5 rubl 30 qəpik olubsa, Andropovun dövründə bu qiymət 60 qəpik ucuz, 4 rubl 70 qəpiyə satılıb. Bu qiymət endirimi kütlələr tərəfindən xüsusilə “alqışlanıb”.

Andropovun hakimiyyətə gəlişi müəmmalı məmur ölümlərinin üstündən keçsə də, birinci kürsüyə sahib olmasında gərgin mübarizələr aparsa da, o, ölkəyə cəmi 15 ay rəhbərlik edib.

İlham Cəmiloğlu(musavat.com)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Ən çox oxunanalar