Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NYT: Kaxovka Su Elektrik Stansiyası daxildən partladılıb...

Ukraynanın cənubundakı Kaxovka su elektrik stansiyasının bəndi iyunun 6-da SES daxilində baş verən partlayış nəticəsində dağılıb...

Poliqon xəbər verir ki. bu barədə The New York Times qəzeti əldə etdiyi müxtəlif dəlillərə əsaslanaraq məlumat yayıb.

NYT yazır ki, Ukrayna və Rumıniyadakı seysmik sensorlar, ABŞ-ın casus peykləri tərəfindən götürülmüş infraqırmızı istilik siqnalları və şahidlərin ifadələri partlayıcı yükün bəndin beton bazasından keçən təmir keçidinə və ya qalereyaya yerləşdirildiyi qənaətini dəstəkləyir.

Nəşr qeyd edir ki, bəndin bünövrəsi, “Soyuq Müharibə” tikinti layihəsinə əsasən nüvə zərbəsi də daxil olmaqla hər cür kənar hücuma tab gətirmək üçün nəzərdə tutulub və mühəndislik mütəxəssislərinin fikrincə, onu məhv etmək üçün tələb olunan partlayıcı yükün ölçüsü həddindən artıq böyük olmaqla yanaşı, eyni zamanda partlayışın SES daxilində baş verməli olduğunu göstərir.

NYT bildirir ki, partlayışın təxmini baş verdiyi qalereyanın yalnız iki girişi var, onlardan biri SES-in maşın otağının içərisindədir və casus peyklərin, dronların və ya yerdəki izləyicilərin nəzarətindıən uzaqdır. Seysmologiya və seysmik monitorinq üzrə ixtisaslaşmış Norveç təşkilatı “Norsar” dağılmadan əvvəl aşkar edilən seysmik siqnalların bəndin özünün dağılması ilə deyil, partlayışla uyğun olduğunu müəyyən edib. Su anbarını idarə edən şirkət, suyun anbardan nəzarətsiz şəkildə buraxılmasına və aşağı axınında fəlakətli daşqınlara səbəb olan partlayışı törətməkdə Rusiya qoşunlarını günahlandırıb.

Xəbərdə qeyd edilir ki, 2022-ci ilin noyabrında rus qoşunları bəndin üstündəki yolun bir hissəsini zədələyiblər, lakin bəndin həmin hissəsindəki bünövrə və qapı divarları zədələnməmişdi. The New York Times-ın məsləhətləşdiyi mühəndislik ekspertlərinin fikrincə, bəndin beton əsasının dağılması öz-özünə baş verməsi demək olar ki, mümkün deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Ukrayna şərqlə cənub arasında mühüm forpost itirdi - Kiyevin ciddi problemləri var...

Ən çox oxunanalar