Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də rəsmi qarşılanma mərasimi olub...

Poliqon.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verib.

Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Pakistanın Baş nazirinə, Pakistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçib.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdiriblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Əməkdar artist vəfat edən xanımından danışdı

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay