Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aviasiya olmadan Ukraynanın döyüş meydanında qalib gəlməsi mümkündür?

Döyüş meydanında vəziyyətin Ukraynanın xeyrinə dəyişməsi üçün Kiyev israrla Qərb təyyarəsini istəyir...

Politoloq: “Son məlumatlarda Qərbin Ukraynaya göndərdiyi yardımın içində mindən çox tankın olduğu qeyd olunur”.

“Düşünürəm ki, Qərb Ukraynaya aviasiya verə bilər, amma bu proses bir müddət sonra həyata keçəcək”.

Bu sözləri politoloq Samir Hümbətov müharibədə qalib gəlmələri üçün Ukraynayanın israrla Qərb təyyarəsini istəməsini Poliqon-a şərh edərkən qeyd edib.

NATO Ukraynanın da iştirakı ilə hərbi hava qüvvələrinin təlimlərinə başlayıb. Təlim çərçivəsində Alyans yeni modifikasiya edilmiş A10 qırıcı-bombardmançı təyyarələrini havaya qaldırıb. Bu təyyarələr modifikasiyadan sonra geniş manevr imkanları əldə edib. Bəzi ekspertlər A10 qırıcı-bombardmançı təyyarələrini “tank qatili” adlandırırlar.

Döyüş meydanında vəziyyətin Ukraynanın xeyrinə dəyişməsi üçün Kiyev israrla Qərb təyyarəsini istəyir. Aviasiya olmadan Ukraynanın döyüş meydanında qalib gəlməsi mümkün görünür?

Ukrayna-Rusiya müharibəsindəki hadisələri Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Qərbin Ukraynaya aviasiya verməməsi ehtimalı az da olsa, var”.

Əgər Ukraynaya bombardmançı təyyarələr verilsə, bunun Ukraynanın Rusiyanı öz ərazilərindən sıxışdırıb çıxarmaq imkanlarını daha da genişləndirəcəyini qeyd edən politoloq Poliqin-a açıqlamasında qeyd edib ki, nəticə də, müharibə qısa müddətdə başa çatacaq:

“Bu günə qədər Qərb ölkələri Ukraynaya kifayət qədər silah-sursat veriblər. Düzdür, silahları Qərb dövlətləri hamısını birdəfəyə deyil, hissə-hissə Ukraynaya verib. Görünür ki, hələ bundan sonra da Qərbin Ukraynaya silah yardımı davam edəcək.

Son məlumatlarda Qərbin Ukraynaya göndərdiyi yardımın içində mindən çox tankın olduğu qeyd olunur. Bəzi məlumatlara görə isə yaxın zamanlarda Ukraynaya F-16-ların verməsi gözlənilir.

Hər bir məsələ müharibənin gedişindən asılıdır. Doğrudur, aviasiya çox önəmlidir. Çünki aviasiya olmadan müharibənin sürətlənməsi, döyüş qabiliyyətinin surətləndirilməsi mümkün deyil. Amma aviasiya ilə bir ilə tamamlanan müharibə, aviasiya olmadan iki-üç aparıla bilər.

Samir Hümbətov: “Bağlı qapılar arxasında hansısa danışıqlar gedərsə, bu zaman Qərb Ukraynaya aviasiyanı verməyə də bilər”.

Bildiyimiz kimi döyüş təyyarələri mühum strateji obyektlərin sıradan çıxması üçün vacibdir. Eyni zamanda müharibədə dron vasitəsilə də vacibdir. Bu baxımdan düşünürəm ki, əgər Ukraynaya bombardmançı təyyarələr verilsə, bu Ukraynanın Rusiyanı öz ərazilərindən sıxışdırıb çıxarmaq imkanlarını daha da genişləndirəcək. Nəticə də, həmin proses qısa müddətdə başa çatacaq.

Ola bilsin ki, proses bir qədər də uzadılsın. Çünki Qərb ölkələri üçün müharibənin uzanması daha önəmlidir, nəyinki bu prosesin yekunlaşması. Düşünürəm ki, Qərb Ukraynaya aviasiya verə bilər, amma bu proses bir müddət sonra həyata keçəcək. Onu da qeyd edim ki, Qərbin Ukraynaya aviasiya verməməsi ehtimalı az da olsa, var. Yəni, müharibənin dayandırılması üçün təzyiqlər arta bilər. Həmçinin, bağlı qapılar arxasında hansısa danışıqlar gedərsə, bu zaman Qərb Ukraynaya aviasiyanı verməyə də bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

Avropa Parlamenti Gürcüstana ayrılan maliyyənin dondurulmasını tələb edib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Gündə Bakıda nə qədər taksi daşıması həyata keçirilir?

“Mədəniyyət Nazirliyi araşdırma başladıb” - Müğənnilərdən açıqlama - Foto

Ən çox oxunanalar