Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlin əvvəlindən 18 bələdiyyə sədri cəzalandırılıb

Aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət tədbirləri həyata keçirilir...

İnzibati nəzarət zamanı aşkar olunan xarakterik qanun pozuntuları, onları doğuran səbəblər və digər aktual məsələlərlə bağlı bələdiyyə sədrləri barədə inzibati məsuliyyət nəzərdə tutulur.

Bizim.Media bu ilin yanvarından indiyədək inzibati məsuliyyətə cəlb olunan və barəsində cinayət işi açılan bələdiyyələri araşdırıb.

Məlum olub ki, yanvar ayından indiyədək üç bələdiyyə sədrinə cinayət işi açılıb, 15 bələdiyyə sədri isə cərimələnib.

Belə ki, Masallı rayonu Təzəkənd bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasında qərar qəbul edilmədən, müvafiq icra hakimiyyəti orqanının rəyləri olmadan, hərrac və müsabiqədən kənar qaydada 44 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin icarəsinə ayrılması faktları üzrə Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü maddələri ilə cinayət işi açılıb.

Bundan əlavə, Zərdab rayonu Dəkkəoba bələdiyyəsinin sədri tərəfindən bələdiyyə mülkiyyətinə aid 28 ha torpaq sahəsinin real dəyərindən aşağı qiymətə icarəyə ayrılması faktı üzrə Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 179.2.2-179.2.4-cü (mənimsəmə və ya israf etmə), 309.1-ci, 312.1-ci (rüşvət vermə) və 313-cü maddələri ilə cinayət işi başlanılıb.

Həmçinin Göygöl rayonu Hacıməlik bələdiyyəsinin sədri icazəsiz 9,48 ha torpaq sahəsini icarəyə verdiyi üçün barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb.

Cərimələnən bələdiyyə sədrləri isə bunlardır:

Masallı şəhər bələdiyyəsinin sədri A.Baxışov su obyektlərinin mühafizəsi qaydalarının pozulması, sənaye və məişət tullantılarının qalaqlanması, yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etməməsinə görə cərimələnib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.
Bundan əlavə, Qax rayonunun Ləkit kənd bələdiyyəsinin sədri A.Sədrikazımov, Güllük kənd bələdiyyəsinin sədri F.Qumasov və Qum kənd bələdiyyəsinin sədri S.Qurbanov barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Hər üç bələdiyyə sədri sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etməyiblər.

Zaqatala, Balakən, ŞəkiOğuzun kənd bələdiyyə sədrləri də cərimələniblər. Həmin rayonlarda sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələblərinin pozulması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması), 243.0.1-ci (yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması) maddələrinin tələblərini pozduqlarına görə Oğuz rayonunda Sincan və Muxas, Şəki rayonunda Qoxmuq, Qax rayonunda Güllük, Qum və Ləkit, Balakən rayonunda Qullar, Zaqatala rayonunda Yuxarı Tala və Suvagil kənd bələdiyyələrinin sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Daha bir inzibati nəzarət tədbiri Göyçay rayonu ərazisində keçirilib.

Tədbir zamanı Qarabaqqal, Şəhadət, Ərəbcəbirli, Çərəkə və Yeniarx kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Xatırladaq ki, ötən il sözügedən tədbirlər çərçivəsində 68 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”də bildirilib.

Qeyd olunub ki, il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, bələdiyyələrin 74 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol (2021-ci ildə 90 protokol) tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 68 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, altı protokol isə baxılmaqdadır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Ən çox oxunanalar