Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı qoçularının öldürmək istədiyi, Üzeyir bəyin xilas etdiyi Xalq artistimiz

Tağıyev ondan niyə incik düşdü?

Poliqon.info Kulis.az-a istinadən Azərbaycanın ilk peşəkar qadın müğənnisi, teatr xadimi, Xalq artisti Şövkət Məmmədova haqqında 10 maraqlı faktı təqdim edir.

Tiflisdə pinəçi Həsən Məmmədoğlunun ailəsində dünyaya gələn Şövkət əvvəlcə A. Kitesanın maliyyələşdirdiyi özəl məktəbdə təhsil alır. Lakin məktəbdə təhsil səviyyəsi qaneedici olmadığından valideynləri ona fərdi müəllim tuturlar. "Müqəddəs Nina" məktəbinin müəllimi Yelena Nesterovna Kandelaki onların evinə gəlir və qızcığazla fərdi məşğul olur.

***

Bir dəfə italyan müğənnisi Aida Qonzaqa Tiflisə qastrola gəlir. Bu konsertdə balaca Şövkət də iştirak edir. O, böyük müğənninin çıxışlarını sonsuz maraq və məftunluqla dinləyir və müğənni olacağına qərar verir.

Şövkətin atası Həsən 1910-cu ilin əvvəlində vəfat edir. O, təhsilini davam etdirmək məqsədilə nənəsi ilə birgə Bakıya gəlir. Bu gəliş Hacı Zeynalabdin Tağıyev teatrının 30 illik yubileyi ərəfəsinə təsadüf edir. Həmin dövrdə Bakı teatrında qadın rollarını ancaq kişilər ifa edirdilər. Belə bir vaxtda Tağıyev Şövkətin İtaliyada oxumaq arzusunu bəyənir. Şövkət Zeynalabdin Tağıyev və onun həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərindəki musiqi məktəbinə daxil olur. Tağıyev onun təhsil haqqını öz öhdəsinə götürür.

***

O, əvvəlcə İtaliyada, Milan Konservatoriyasında, sonra Kiyev Konservatoriyasında təhsil alır. Tağıyev hər ay ona xüsusi təqaüd göndərir. Lakin bir il sonra təhsili üçün göndərilən vəsait kəsilir. Şövkət təhsilini Tiflis musiqi məktəbində davam etdirməli olur. Musiqişünasların ehtimallarına görə, təqaüdün kəsilməsinin əsas səbəbi xeyriyyəçi ilə Şövkət Məmmədova arasındakı inciklik olur. Belə ki, Şövkəti gözü götürməyənlər onun barəsində müxtəlif xoşagəlməz şayiələr yayaraq onu Hacının gözündən salırlar.

Tağıyevlə arası dəyən müğənni 1912-ci ildə Üzeyir Hacıbəyli ilə tanış olur. Şövkət Məmmədova həmin il ilk dəfə peşəkar ifaçı kimi Bakının Tağıyev teatrında Üzeyir Hacıbəylinin "Ər və arvad" operettasından bir neçə parça ifa edir. Konsertdən əldə olunan gəlir onun təhsilini yenidən İtaliyada davam etdirməsi üçün nəzərdə tutulur.

***

Konsertrdən sonra qadının səhnəyə örtüksüz çıxması və Şövkətin bu cəsarəti şəhər müsəlman icmasını bərk qəzəbləndirir. Bakı qoçuları Şövkət Məmmədovanı öldürmək istəsələr də, Üzeyir Hacıbəyli və dostlarının köməyilə onu teatrın arxa qapısından qaçıraraq Abşeron kəndlərinin birində gizlədirlər. Daha sonra müğənni gizlin yolla Biləcəri stansiyasından Tiflisə yola salınır. Şövkət Məmmədova musiqi təhsilini Tiflisdə davam etdirir

Şövkət Kiyev Konservatoriyasında oxuyarkən buranın rektoru, tanınmış bəstəkar Reynqold Qlierlə tanış olur. Sonradan Qlier müğənninin dəvəti ilə Bakıya gəlir. Və özünün məşhur "Şahsənəm"ində Şahsənəm obrazını Şövkətə həsr edir.

Şövkət N. Nərimanov, Y.V.Çəmənzəminli ilə dostlaşır. Onların təşkil etdiyi "Qafqaz birliyi" klubuna üzv yazılır. Klubun əsas işi xeyriyyəçilik idi. O, klubun işində fəal iştirak edir, solo konsertlərdən yığılan vəsaiti tələbələrə və yoxsul ailələrə köçürür.

***

1923-cü ildə onun təşəbbüsü ilə Bakıda teatr texnikumu açılır. Texnikumun ilk direktoru da Şövkət xanımın özü olur. 1938-ci ilin aprelində Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında o, SSRİ Xalq artisti fəxri adına layiq görülür. Kiyevdə oxuduğu müddətdə müğənni Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.

***

1981-ci il iyunun 8-də vəfat edən sənətkar Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra Azərbaycan Dövlət Konservatoriyası yanında opera studiyasına onun adı verilib.

Poliqon.info 


Etiket: Xalq artisti


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Ən çox oxunanalar