Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanı yeni oyunu: Çinin Cənubi Qafqazda aktiv aktorlardan birinə çevrilməsi nə qədər mümkündür?..

Çin Ukraynadan sonra Cənubi Qafqazda da vasitəçi roluna yüklənir. Qarabağ üçün Honkonq modelini təklif edən Pekinin bu aktivliyinin arxasında nələr durur?..

Siyasi-şərhçi: “Rusiya Çini Cənubi Qafqazda sahəyə sürməklə əslində ABŞAvropa Birliyinin regionda güclənən mövqeyinə qarşı balans yaratmağa çalışır”.

“Belə mövzuların ortaya atılmasında məqsəd sülh prosesin pozulması və tərəfləri sülhdən çəkindirməkdir. Bu mövzunun Moskva və Yerəvan mediası tərəfindən ortaya atılması da, təsadüfi deyil”.

Erməni ekspertləri ara-sıra Qarabağ üçün yüksək muxtariyyət modeli haqqında fikirlər səsləndirirlər. Rusiya mətbuatında da bu mövzuda məqalələr yayımlanır. Modellərdən biri kimi Honkonqun adı çəkilir. Böyük Britaniya imperiyasının tərkib hissəsi olan Honkonq Londonla Pekin arasındakı razılığa görə, 1997-ci ildə Çinin tərkibinə qatılıb. Rusiya qəzetlərinin birində yayımlanan məqalədə Honkonq modelini Pekinin Azərbaycana təklif edə biləcəyinə eyham vurulub. Bu nə qədər doğrudur və Çinin Cənubi Qafqazda aktiv aktorlardan birinə çevrilməsi nə qədər mümkündür?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Görünən budur ki, Rusiya bu işləri özü həyata keçirib, ya Çinin adından təqdim etmək, ya da birbaşa Çini bu işə qoşmaq istəyir”.

Honkonq modelinin heç bir halda mümkün olmayacağını düşünən ekspert Poliqon-a bildirib ki, belə bir variantın ortaya atılması əslində Rusiyanın “sülh müqaviləsi” variantından başqa bir şey deyil:

Azərbaycan üçün Qarabağın dağlıq hissəsindəki ermənilərin kompakt yaşadığı ərazilər üçün heç bir fərqli ssenari mümkün deyil. Həmin ərazilər Sovet dönəmində muxtar vilayət idi və özünü doğrultmadı, seperatçılığa əsas yaratdı. Sonrakı mərhələ də məlumdur.

Hətta, Birinci Qarabağ müharibəsi bitəndən sonra uzunmüddət aparılan danışıqlarda da məlum oldu ki, ermənilər yalnız iki variantla razılaşa bilərlər:

1. Ya Qarabağın dağlıq hissəsi Azərbaycan əhalisi tərəfindən Ermənistana verilməli idi;

2. Müstəqil ikinci erməni dövləti yaratmaq istəyirlər.

Bu variantlardan da heç biri Azərbaycan üçüməqbul n deyildi və təbii ki, Azərbaycanda bu variantları heç bir vaxt nəzərdən keçirmədi.

Hazırfa yaranmış şəraitdə isə Rusiyanın vasitəçilik missiyası ikinci plana keçib. Bu da Moskvada çox ciddi narahatlıqla qarşılanır və buna görə də ruslar prosesdə aktiv rollarını qoruyub saxlamaq üçün ən müxtəlif variantlara gedirlər, ya da nəzərdən keçirirlər.

Konkret olaraq “Honkonq modeli”nə gəlincə isə, bu ümumiyyətlə, heç bir halda Azərbaycan üçün mümkün deyil. Birincisi, Honkonqun yaradılması müəyyən bir dövr üçün nəzərdə tutulmuşdu. Çinlə Böyük Britaniya arasında imzalanmış anlaşma əsasında olmuşdu. İkincisi, Honkonq etnik fərqli ərazi deyildi. Honkonq yaşayanlar elə çinlilərdir və həmin müddət keçdikdən sonra ərazini Çinə qaytardılar. Düzdür, bu gün Honkonqun xüsusi statusu var. Honkonqda müəyyən maliyyə, iqtisadi müstəqilliyi var. Amma dediyim kimi burada ikitərəfli razılaşma olmuşdu.

Ərəstun Oruclu: “Belə bir layihənin, belə bir formatın Azərbaycan üçün mümkün olduğunu Moskvada düşündüklərini də fikirləşmirəm”.

Ümumiyyətlə isə belə bir variantın ortaya atılması əslində Rusiyanın “sülh müqaviləsi” variantından başqa bir şey deyil. Xatırlayırsınızsa Rusiya özünün təqdim etdiyi sülh müqaviləsində Qarabağın statusunun gələcək nəsillərə saxlanılmasını təklif edirdi. Bu təklif Ermənistan tərəfindən sevinclə qəbul edilsə də, Azərbaycan bunu müzakirə etməkdən belə imtina etdi. “Honkonq modeli”də əslində eyni bir şeydir və hesab edirəm ki, Rusiya Çini Cənubi Qafqazda sahəyə sürməklə əslində ABŞAvropa Birliyinin regionda güclənən mövqeyinə qarşı balans yaratmağa çalışır. Moskvada yaxşı başa düşürlər ki, artıq təkbaşına Cənubi Qafqazda Qərbə qarşı duruş gətirə bilməyəcək. Ona görə də Çini bura gətirməklə əslində qüvvələr nisbətində tarazlığa nail olmağa çalışırlar.

Azərbaycan isə bu varianta heç vaxt razılaşa bilməz. Görünən budur ki, Rusiya bu işləri özü həyata keçirib, ya Çinin adından təqdim etmək, ya da birbaşa Çini bu işə qoşmaq istəyir. Amma bu heç bir halda mümkün deyil. Çünki Azərbaycan üçün məqbul deyil və bu heç vaxt baş tuta bilməz.

Ərəstun Oruclu: “Rusiya sülh prosesini pozmaq üçün ən müxtəlif variantlara, ən müxtəlif təxribatlara əl atır”.

Düşünürəm ki, belə mövzuların ortaya atılmasında məqsəd sülh prosesin pozulması, sülhdən çəkindirməkdir. Bu mövzunun Moskva və Yerəvan mediası tərəfindən ortaya atılması da, təsadüfi deyil. Bildiyimiz kimi, üçlü formatın beşli formata keçməsi, yəni Azərbaycan-Ermənistan-Avropa Birliyi idi, indi də Fransa, Almaniya qoşuldu, bu forma və bunun arxasında duran Vaşinqtonun səyləri göstərir ki, proses sülhün əldə olunmasına doğru gedir. Rusiya da bunu pozmaq üçün ən müxtəlif variantlara, ən müxtəlif təxribatlara əl atır.

Mən ümumiyyətlə, belə bir layihənin, belə bir formatın Azərbaycan üçün mümkün olduğunu Moskvada düşündüklərini də fikirləşmirəm. Əminəm ki, elə düşünmürlər. Heç onlara da o lazım deyil. Məqsəd yalnız sülhü prosesini pozmaqdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

“Baktelecom” qurumdan internet almayanların telefonunu kəsir – Bu nədir, zorbalıq, yoxsa...

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Slovakiya Ukraynanın NATO-ya üzvlüyünə razılıq verməyəcək

İsrailin hava zərbələri Beyrutda iki xəstəxananın bağlanmasına səbəb olub

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Ən çox oxunanalar