Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin dünyanın ən dərin quyularından birini qazır: Məqsəd nədir?

Çinin şimal-qərbindəki Sincan bölgəsindəki səhrada ölkənin ən dərin quyusunda qazma işlərinə başlanılıb...

Poliqon xarici mediaya istinadən xəbər verir ki, plana əsasən, 11 min 100 metr dərinlikdə ensiz şaxta qazılacaq, 10 kontinental təbəqədən keçərək yer qabığındakı Təbaşir sisteminə - 145 milyon il əvvələ aid qaya təbəqəsinə çatacaq. Çinin "Yerin dərin tədqiqində əhəmiyyətli bir mərhələ" adlandırdığı layihənin 457 günə tamamlanması planlaşdırılır.

Dərin quyu Çinə Yerin daxili quruluşunu və təkamülünü öyrənməyə imkan yaradacaq, həmçinin geoelmi tədqiqatlar üçün məlumat verəcək.

Qazma üçün istifadə olunan avadanlıq 2000 tondan artıq çəkiyə malikdir və yeraltı temperaturun 200 dərəcəyə qədər olması və yer səthindən 1300 dəfə yüksək olan atmosfer təzyiqi üçün nəzərdə tutulub. Qazma işlərini yerli iqlim şəraiti də çətinləşdirir. Belə ki, layihə ölkənin isti və quru səhrasında həyata keçirilir.

Hazırda ən dərin quyunun qazaldığı Çinin Sincan bölgəsi faydalı qazıntı və neft yataqları ilə zəngindir. Mayın əvvəlində Çinin ən böyük neft emalı zavodu olan "Sinopec" Tarim hövzəsində, səthin altında 8500 metrdən çox dərinlikdə yerləşən kəşfiyyat quyusunda əhəmiyyətli neft və qaz axını aşkar edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar