Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan nümayəndə heyəti UNESCO-nun 9-cu Konfransında iştirak edib

Fransanın paytaxtı Parisdə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyasına Tərəf Ölkələrin 9-cu Konfransı başlayıb...

Azərbaycanın Mədəniyyət Nazirliyindən verilən məlumata görə, sessiyanın əvvəlində çıxış edən ölkəmizin nümayəndə heyətinin rəhbəri, mədəniyyət nazirinin müavini Səadət Yusifova əvvəlcə Konvensiyaya yeni qoşulan ölkələri təbrik edərək, Katibliyin hesabatını şərh edib. Ölkəmizin Konvensiyanın dəyər və prinsiplərinə sadiq olduğunu bildirən nazir müavini, sahənin inkişafı üçün Mədəniyyət Nazirliyi Aparatında xüsusi şöbənin fəalliyyət göstərdiyini qeyd edərək Azərbaycanda yaradıcı sənayelərin inkişafına artan dövlət dəstəyindən danışıb.

Xatırladaq ki, konfrans işini 7-8 iyunda davam etdirəcək. İki ildən bir keçirilən tədbirin gündəliyi çərçivəsində həmçinin, Komitənin 2022-2023-cü illər üzrə hesabatı, yaradıcı sənayelərin inkişafı istiqamətində işlər, dövri hesabatların nəzərdən keçirilməsi, hökumətlərarası Komitəyə seçkilərin keçirilməsi, 2024-2025-ci illər üçün Komitənin fəaliyyəti və gündəmdə olan digər mövzular müzakirə olunacaq.

Konfransda Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi də iştirak edir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay