Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir Ermənistanın əsir götürdüyü hərbçilərin məsələsinin ikitərəfli görüşlərdə müzakirə edildiyini qeyd edib

Hesab edirik ki, Ermənistanın hərbçilərimizi saxlaması əldə olunmuş razılaşmaya uyğun olaraq, etimad quruculuğuna növbəti bir zərbədir.

Poliqon.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir hərbçilərin Ermənistan-Azərbaycan sərhədini çətin hava şəraiti səbəbindən keçdiklərini diqqətə çatdıraraq, məsələnin həm ikitərəfli, həm də digər görüşlərdə müzakirə edildiyini qeyd edib. “Ermənistan tərəfindən həmin hərbçilər saxlanılaraq onlara cinayət işi açılıb. Hansı ki biri ilə bağlı artıq hökm oxunub: 11 il yarımlıq məhbusluğu barədə qərar qəbul olunub. İlk növbədə onu qeyd etmək istəyirəm ki, Ermənistan tərəfi ilə ikitərəfli görüşlər zamanı, eyni zamanda, beynəlxalq vasitəçilər, həmçinin digər dövlətlərin nümayəndələri ilə görüşlər zamanı biz hər kəsin bu məsələyə diqqətini cəlb etdik. Bu hadisənin tamamilə bundan əvvəlki razılaşmaların pozuntusu kimi qəbul edilməsini və Ermənistana bu istiqamətdə təsir edilməsinin vacibliyini gündəmə gətirdik. Çünki bildiyiniz kimi, son müddət ərzində iki ölkə arasında belə bir razılaşma var idi ki, sərhəd xəttini səhvən keçən hərbçilərin geri qaytarılması vacibdir və bu, tərəflər arasında bir etimad quruculuğu tədbiri kimi dəyərləndirilə bilər. Və məhz bu razılaşmanın nəticəsi olaraq, Azərbaycan tərəfi ümumilikdə 10-dan artıq erməni hərbçisini və mülki şəxsini geri qaytarmışdır. Bu, hesab edirik ki, Ermənistan tərəfindən atılan addım əldə olunmuş razılaşmaya uyğun olaraq, etimad quruculuğuna növbəti bir zərbədir. Hesab edirik ki, bu çox yanlış inkişafdır, çox təhlükəli inkişafdır. Və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar

Ən çox oxunanalar