Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan: Biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik...

Baş nazir Nikol Paşinyan mayın 4-5-də Çexiyaya səfəri zamanı CNN primanews telekanalına müsahibəsində deyib ki, Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil...

Poliqon xəbər verir ki, bu mətni iyunun 1-də Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti dərc edib.

Paşinyandan Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətləri, eləcə də Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərinə münasibət bildirməsi xahiş olunub.

“Siz dediniz ki, biz Rusiya ilə müttəfiqik. Təbii ki, bu heç vaxt ucadan deyilməyib, amma məncə görünən budur. Ukrayna ilə müharibədə biz Rusiyanın müttəfiqi deyilik. Və bizim bu müharibəni, bu münaqişəni qavrayışımız narahatlıqdan ibarətdir. Çünki bu, bütün münasibətlərimizə birbaşa təsir edir”, deyə Paşinyan müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qərbdə əsasən Ermənistanın Rusiyanın müttəfiqi olması faktını şişirdirlər. Moskvada da görürlər ki, İrəvan Ukrayna ilə müharibədə onların müttəfiqi deyil. Nəticədə belə çıxır ki, Ermənistan bu vəziyyətdə heç kimin müttəfiqi deyil və bu, Ermənistanın vəziyyətini daha həssas edir.

“Görünür, bütün bu toqquşmalardan qaçmağın bir yolu var, amma həqiqət budur ki, vəziyyət nə qədər çətin olsa, manevr üçün bir o qədər çox yer açılır. Biz vəziyyətlə bağlı heç bir fikrimiz olmadığına görə yox, dediyim sözlərə görə yayınırıq. Bizim narahatlığımız qat-qat çoxdur və bu narahatlıq bizim başqa məsələlərə qarışmağımıza imkan vermirl, deyə Paşinyan vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar