Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aviaşirkət uçuşdan əvvəl sərnişinlərini tərəziyə çıxaracaq...

İyun ayında “Air New Zealand” hava yollarının təyyarələrində sərnişinlərdən uçuşdan əvvəl tərəziyə çıxmaları tələb olunacaq...

Poliqon The Independent nəşrinə istinadən xəbər verir ki, Yeni Zelandiyanın ən böyük hava daşıyıcısı bu yolla Oklend Beynəlxalq Hava Limanından qalxan bəzi reyslərində sərnişin çəkisi ilə bağlı araşdırma aparmaq istəyir.

“Air New Zealand” sözçüsü bildirib ki, bu, təyyarələrin təhlükəsiz və səmərəli istismarını təmin etmək üçün zəruri təşəbbüsdür və ölkənin Mülki Aviasiya Administrasiyasının tələbidir.

“Biz tərəziyə qalxmağın çətin ola biləcəyini bilirik. Müştərilərimizi əmin etmək istəyirik ki, heç bir yerdə görünən ekran yoxdur. Heç kim sizin çəkinizi görə bilməz, hətta biz də. Bu, tamamilə anonimdir. Hər şey sadə və könüllüdür. Çəki ölçməklə siz bizə hər dəfə təhlükəsiz və səmərəli uçmağ kömək edəcəksiniz”, deyə şirkət rəsmisi Alastair Ceyms bildirib.

O, həmçinin izah edib ki, hər uçuşdan əvvəl pilot yüklənmiş təyyarənin çəkisini və balansını bilməlidir:

“Təyyarənin göyərtəsində yükdən tutmuş yeməklərə və anbarda olan çamadanlara qədər hər şeyi çəkirik. Müştərilər, ekipaj və əl yükü üçün biz bu cür araşdırmalar nəticəsində əldə etdiyimiz orta çəkidən istifadə edirik”, deyə o, əlavə edib.

Eyni zamanda qeyd edilir ki, “Air New Zealand” sonuncu dəfə 2021-ci ildə analoji araşdırma aparıb, o zaman koronavirus pandemiyası səbəbindən yalnız daxili reyslərdə olan sərnişinlərin çəkisi ölçülüb.

Qeyd edək ki, “Air New Zealand” dünyanın ən təhlükəsiz aviaşirkətlərinin siyahısında ilk üçlüyünə daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar