Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Litva münasibətlərinin Aİ ilə ölkəmiz arasında əlaqələrin inkişafında böyük rolu var

Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə  bağlı olan işlər paralel şəkildə aparılır...

Azərbaycan - Litva arasında çox fəal siyasi dialoq mövcuddur. Eyni zamanda ölkələrimiz arasında siyasi müstəvidə əldə edilmiş razılaşmalar digər sahələrdə də müsbətdir. Cənab Prezident İlham Əliyevin Litvaya səfəri əməkdaşlığın genişləndirilməsi baxımından olduqca önəmlidir. İki ölkə arasında müxtəlif sahələr üzrə, o cümlədən iqtisadiyyat, ticarət və siyasi səviyyədə münasibətlər geniş inkişaf edir. Biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılması da qarşıdakı hədəflər sırasındadır. Litva prezidenti Gitanas Nausedanın keçən ilin may ayında Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilməsi bu istiqamətdə əlaqələrin daha da genişlənməsindən xəbər verir.

Cənab Prezident çıxışında Azərbaycan torpaqlarının uzun illər ərzində - otuz ilə yaxın Ermənistanın işğalı altında qaldığını və bir milyon azərbaycanlının bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşdüyünü söyləyib. İşğal dövründə ərazilərdə bütün infrastrukturun, evlərin, inzibati binaların, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdılıb, məhv edildiyini vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, 2-ci Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün tarixi torpaqlarını azad edib. Müharibədən sonra isə Azərbaycan Ermənistana sülh təklif edib. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq təsbit edilmiş sülh konsepsiyası nəticə etibarilə Cənubi Qafqaza uzunmüddətli sabitlik gətirəcəyi birmənalıdır.

Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artırılır. Bununla yanaşı perspektivli əməkdaşlıq istiqaməti sahəsində də ciddi hədəflər mövcuddur. Bu mənada Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Litva və Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Onu da qeyd edim ki, qitələri birləşdirən Avrasiya qitəsində daha rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin üzərinə böyük vəzifələr düşür: Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Mövcud müasir infrastruktur buna imkan yaradır. Xəzər dənizi ilə Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları mövcuddur. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olmaq mümkündür.

YAP Abşeron rayon təşkilatının sədr müavini Ülvi Salmanov

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar