Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində gənclər arasında işsizlik rekord səviyyəyə çatdı - 1990-cı ildən sonra ilk dəfə...

Çin Milli Statistika Bürosu (UIB) ölkədə aprel ayı və ilk dörd ay üçün sənaye istehsalı, pərakəndə satış, əsas kapitala investisiyalar və işsizlik rəqəmləri ilə bağlı statistika açıqlayıb...

Poliqon Anadolu Agentliyinə istinadən xəbər verir ki, hesabata görə, şəhər yerlərində işsizlik nisbəti aprel ayında bir əvvəlki aya görə 0,1 bal azalaraq 5.2, 16-24 yaş arası gənclər arasında isə 0.8 bal artaraq 20,4 faiz olub.

İşsizliyin ümumi azalmasına baxmayaraq, gənclər arasında işsizliyin səviyyəsi 1990-cı illərdən bəri ən yüksək səviyyəyə çatıb və keçən ilin iyul ayında qeydə alınan rekordu - 19,9 faizi ötüb.

COVID-19 pandemiyası başlayandan bəri artan gənclər arasında işsizliyin hələ də yüksək səviyyədə olması, iqtisadi canlanmada kövrəkliyin davam etdiyinə işarə kimi şərh edilir.

Aprel ayı üzrə məlumatlar göstərir ki, iqtisadiyyat ötən ilin son rübündəki tənəzzüldən sonra bu ilin birinci rübündə artım tempini saxlamaqda çətinlik çəkib.

UIB məlumatlarına görə, illik dövriyyəsi 20 milyon yuandan (təxminən 2,9 milyon dollar) çox olan sənaye müəssisələrinin istehsalı aprel ayında illik müqayisədə 5,6 faiz artaraq mart ayındaki 3,9 faiz artımı keçib. Bu, gözlənilən 9,7 artımdan geri qalıb.

Sənaye istehsalı əvvəlki ayla müqayisədə 3,9 faiz artıb.

İstehlak ölçüsü hesab edilən pərakəndə satışlar, aprel ayında illik 18,4 faiz artıma baxmayaraq, mart ayında 10,3 faiz artımı aşaraq, bir əvvəlki aya görə 7,8 faiz azalıb. Ötən ilin yazında COVID-19 pandemiyası ilə əlaqədar həyata keçirilən karantin tədbirlərinin yaratdığı aşağı baza illik artımın yüksək görünməsinə səbəb olub.

İnfrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərcləri daxil olmaqla əsas kapitala investisiyalar ilk dörd ayda illik 4,7 faiz artsa da, birinci rübün sonundakı 5,1 faiz artımın gerisində qalıb.

İlk 4 ayda sənaye investisiyaları 8,3 faiz, infrastruktur investisiyaları 8,5 faiz artıb, tikinti investisiyaları isə 6,2 faiz azalıb.

İlk dörd ayda daşınmaz əmlak investisiyalarında 10 faizlik daralmanın yavaşladığı müşahidə edilsə də, sektorda maliyyə problemlərinin təsirlərinin davam etdiyi müşahidə edilib.

UIB sözçüsü Fu Linghui bildirib ki, "beynəlxalq şərtlər mürəkkəb və əlverişsizdir, daxili tələb kifayət yüksək qədər səviyyəyə çatmayıb və iqtisadi canlanmanın daxili hərəkətverici qüvvəsi zəif olaraq qalır".

Fu vurğulayıb ki, gənclər arasında işsizliyin sabitləşdirilməsi və gənclərin məşğulluğunun genişləndirilməsi üçün səylər lazımdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar