Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə seçkilər... - İkinci turda qalib kim olacaq?

Rəcəb Tayyip Ərdoğanın səslərinin 50%-dən aşağı düşməsi seçkilərinin ikinci turunun keçiriləcəyinə dəlalət edir...

Politoloq: “Keçirilən seçki bir daha Türk xalqının avantürist siyasətçilərə etibar etmədiyini göstərdi”.

““Millət” ittifaqının namizədi K.Kılıcdaroğlunun seçkidə 55-60 faiz səs çoxluğu ilə qələbə qazanacağını bildirənlər PKK və FETO ilə ittifaq etmələrinin cavabını xalq tərəfindən aldı”.

Bu sözləri politoloq Azər Qasımov dünən Türkiyədə keçirilən seçkiləri Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyədə keçirilən prezident və parlament seçkiləri barədə nə düşünmək olar? Artıq bülletenlərin 90 faizindən çoxu sayılıb və Rəcəb Tayyip Ərdoğanın səslərinin 50%-dən aşağı düşməsi seçkilərinin ikinci turunun keçiriləcəyinə dəlalət edir. Ərdoğan ikinci turda qələbə qazana biləcəkmi?

Türkiyədə keçirilən seçkilərin nəticələrini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Ərdoğanın “Balkon konuşması” fonunda “Altılı masa”nın bir dəqiqə yarımlıq açıqlaması seçkidən olan gözləntilərdə hansı tərəfin öz istəyinə çatdığını bəlli etdi”.

Ərdoğanın ikinci turda indidən qalib gələcəyini düşünən politoloq Poliqon-a bildirib ki, bu, seçki nəticələrindən çıxan nəticələrə görə Ərdoğanın qələbəsi qəti və dəyişilməz görünür:

“Keçirilən seçki bir daha Türk xalqının avantürist siyasətçilərə etibar etmədiyini göstərdi. Parlament seçkisini səs çoxluğu həddini keçməklə qazanan AKP və MHP “Cümhur ittifaqı”, prezident seçkilərindən də ikinci turda qələbə ilə çıxmaq üçün böyük şanslar əldə etdi.

“Millət ittifaqı”nın namizədi K.Kılıcdaroğlunun seçkidə 55-60 faiz səs çoxluğu ilə qələbə qazanacağını bildirənlər isə PKK və FETO ilə ittifaq etmələrinin cavabını xalq tərəfindən aldı. Türk xalqı 50 ildir onların övladlarını şəhid edən bir təşkilatla işbirliyi edən CHP-nin yönəticilərinin arzularını ürəklərində qoydu.

İkinci turda R.T.Ərdoğanın asanlıqla Sinan Oğanın səslərinin yarısını alsa belə, qalib olacağı şübhəsizdir.

Azər Qasımov: “Seçkilərin ikinci tura qalmasının özü Türkiyə demokratiyasının qələbəsi oldu”.

İttifaqların rəhbərlırinin seçki sonrası çıxışları əslində hər şeyi göstərdi. Ərdoğanın “Balkon konuşması” fonunda “altılı masa”nın bir dəqiqə yarımlıq açıqlaması seçkidən olan gözləntilərdə hansı tərəfin öz istəyinə çatdığını bəlli etdi.

Seçkilərin ikinci tura qalmasının özü Türkiyə demokratiyasının qələbəsi oldu. Çoxlarının seçkilər saxtalaşdıracaq deməsinə rəğmən prosesin həm sakit, həm də ciddi qayda pozuntusu olmadan keçməsi bir daha gərginlik yaratmaq istəyən, seçkini pozmaq istəyən qüvvələrin Türkiyə dövlətinin zəkası qarşısında məğlub olduğunu göstərdi.

Ərdoğan ikinci turda indidən qalibdir. Bu, seçki nəticələrindən çıxan nəticələrə görə qəti və dəyişilməz görünür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Ən çox oxunanalar