Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ dünyada dəfə ilk süni intellekt qaydalarını yaratmaq istəyir

Avropa Parlamenti süni intellekt haqqında qanunun uyğunlaşdırılması prosesinə başlayıb…

Avropa Parlamentinin (AP) üzvləri yerli bazarda süni intellekt (AI) sistemlərini tənzimləyən qanunun razılaşdırılması prosesinə başlayıblar.

Poliqon xəbər verir ki, bu barədə Avropa Parlamentinin bəyanatında deyilir.

“İnsan təhlükəsizliyi üçün qəbuledilməz risk səviyyəsinə malik süni intellekt sistemləri qəti şəkildə qadağan ediləcək. Bunlara şüuraltı və ya məqsədyönlü manipulyativ üsullardan istifadə edən, insanların zəif yerlərindən istifadə edən və ya sosial bal toplamaq üçün istifadə olunan sistemlər (insanların sosial davranışı, sosial-iqtisadi vəziyyəti, şəxsi xüsusiyyətlərinə görə təsnifatı) daxildir”, deyə bəyanatda deyilir.

Sənədə əsasən, Avropa İttifaqının (Aİ) deputatlarının məqsədi süni intellektlə bağlı dünyada ilk qaydalar yaratmaq və süni intellekt sistemlərini insanların nəzarətinə vermək, onları təhlükəsiz, şəffaf, izlənilə bilən və ayrı-seçkiliyə yol verməyən bir platforma halına gətirməkdir.

Avropa Parlamenti həmçinin ictimai yerlərdə real vaxt rejimində uzaqdan biometrik identifikasiya və həssas xüsusiyyətlərdən (məsələn, gender, irq, etnik mənsubiyyət, vətəndaşlıq statusu, din, siyasi oriyentasiya kimi) istifadə edərək biometrik kateqoriyalara ayırma sistemlərinin qadağan edilməsi təklifi ilə çıxış edib. Parlamentarilər hüquq-mühafizə orqanlarında, sərhədlərdə, iş yerlərində və təhsil müəssisələrində emosiyaların tanınması üçün süni intellekt texnologiyalarının istifadəsinə qarşı çıxıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTO

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay