Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, aprelin 3-dən 20-dək dünyada təxminən 2,8 milyon insan yeni koronavirus infeksiyasına yoluxub...
Məlumata görə, onlardan 17,000-dən çoxu ölüb ki, bu da əvvəlki dörd həftəlik dövrlə müqayisədə 30% azalma deməkdir.
Poliqon TASS-a istinadən xəbər verir ki, hesabat dövründə dünya üzrə ümumilikdə 2 779 198 COVID-19 yoluxma və 17 459 ölüm faktı qeydə alınıb.
Ən çox yoluxma ABŞ-da (392 480), Cənubi Koreyada (330 509), Yaponiyada (251 158), Hindistanda (222 784) və Fransada (197 190) aşkarlanıb. 3-30 aprel tarixləri arasında koronavirusla bağlı ölümlərin əksəriyyəti ABŞ-ın payına düşür - 5,263. Sonrakı yerləri Braziliya (1,255), Rusiya (993), Fransa (871) və İran (762) tutur.
Ümumdünya Səhiyyə Təşkilatına pandemiya başlayandan mayın 3-dək ümumilikdə 765 222 932 COVID-19 yoluxma və 6 921 614 ölüm faktı qeydə alınıb.
Poliqon.info