Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazirə qarşı korrupsiya şübhəsi...

Britaniya baş nazirinin həyat yoldaşı Nazirlər Kabinetindən 400 min dollardan çox pul alan şirkətdə pay sahibidir...

Böyük Britaniyanın baş nazirinin həyat yoldaşı Akşata Murti dövlətdən təxminən 350 min funt sterlinq yardım alan şirkətdə paya sahibdir.

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın The Timesnəşri məlumat yayıb. Keçən il şirkət “Innovate UK” Dövlət agentliyindən 437 min dollar qrant alıb.

Birinci xanımın nəzarətində olan “Catamaran Ventures” investisiya şirkətinin təhsil texnologiyaları startapı “Study Hall”da paya malik olması “Şirkətlər Evi”nin dövlət reyestrindəki qeydlərlə sübut olunur.

Britaniya nəşri qeyd edir ki, reyestrə görə, 2022-ci ildə şirkət innovativ məhsul və ya xidmətlər inkişaf etdirən sahibkarlara vəsait və dəstək verən “Innovate UK” Dövlət Agentliyindən 349,976 funt sterlinq (437,000 dollar) qrant alıb.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya parlamenti Sunakın həyat yoldaşının uşaq baxımı şirkətində payına görə maliyyə maraqlarını bəyan etməsi məsələsi ilə bağlı ona qarşı təhqiqata başlandığını elan edib.

Xatırladaq ki, Rişi Sunakın ailəsinin sosial vəziyyəti ictimaiyyət tərəfindən tez-tez tənqid olunur. Tənqidlər, ilk növbədə, hindli milyarderin qızı, həyat yoldaşı Akşata Murti ilə bağlıdır. Sunak Baş nazir postuna gəlməmişdən əvvəl məlum olub ki, onun həyat yoldaşı Hindistan vətəndaşlığından imtina etməyib və beləliklə, Böyük Britaniyanın rezidenti olmadığı üçün digər ölkələrdə aldığı biznes gəlirlərinə görə ağır vergilərdən yayına bilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar