Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclis Hesablama Palatasının illik hesabatını qəbul edib

Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb...

APA xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

Hesabatda bildirilir ki, 2022-ci ildə 6 nəzarət tədbiri üzrə materiallar Hesablama Palatası Kollegiyasının qərarına əsasən, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Hesablama Palatası tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarına göndərilmiş materiallar aşağıdakılardır:

- Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində toplanmış audit sübutları ilə bir sıra istiqamətlərdə cinayət tərkibinin əlamətlərinin olma ehtimalı ilə əlaqədar Baş Prokurorluğa;

- İnnovasiya və Təchizat Mərkəzi” PHŞ - tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin gömrük rəsmiləşdirilməsində göstərilən qiymətlərdən dəfələrlə çox olması və audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlə əlaqədar Baş Prokurorluğa;

- Dövlət Sosial Müdafiə Fondu - Məlumatları təhrif edilmiş şəxsiyyət vəsiqələri əsasında 51 nəfərə 20.04.2013-cü il tarixinədək pensiya təyin olunaraq əlavə vəsait ödənilməsi halı və digər rayonlarda (şəhərlərdə) bu halın olma ehtimalı ilə əlaqədar Baş Prokurorluğa;

- Gənclər və İdman Nazirliyi - 2020-ci ilin 25-29 mart tarixlərində Bakı şəhərində 55-ci Avropa Çempionatının keçirilməsi məqsədilə “Milli Karate Federasiyası” İB-yə köçürülmüş vəsaitin aidiyyəti üzrə xərclənməsini təsdiq edən sənədlərin olmaması ilə əlaqədar Baş Prokurorluğa;

- Dövlət Gömrük Komitəsinin “Azerterminalkompleks” Birliyi - audit sübutları ilə cinayət tərkibinin əlamətləri olan çoxsaylı hüquqpozmaların aşkat olunması, eyni zamanda Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) daxil olmuş məktub əsasında DTX-ya;

- Gəncə Regional Mədəniyyət İdarəsi - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müraciəti ilə əlaqədar DTX-ya.

Qeyd edilib ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata görə, Hesablama Palatası tərəfindən göndərilmiş materiallar əsasında 1 tədbir üzrə vurulmuş ziyan ödənildiyindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib, 3 tədbirlə bağlı cinayət işi üzrə istintaqın davam etdiyi bildirilib.

Hesabatın tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində 2022-ci ilin nəzarət tədbirləri üzrə 1,5 milyon manatın, əvvəlki illərin nəzarət tədbirləri üzrə isə 0,4 milyon manatın ödənilməsi təmin edilib və bu istiqamətdə iş davam etdirilir.

Hesablama Palatasının illik hesabatı müzakirələrdən sonra qəbul edilib.

Poliqon.info


Etiket: DTX Milli Məclis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək

Bu hərbçilərin maaşları dəyişdi - Baş nazir qərar imzaladı

Ən çox oxunanalar