Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda “Oftalmologiyanın mirvarisi” adlı konfrans keçirilib

Şirvanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş “Oftalmologiyanın mirvarisi” adlı konfrans keçirilib...

14 aprel 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş “Oftalmologiyanın mirvarisi” adlı konfrans keçirilib.

Poliqon.info xəbər verir ki, konfransda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ŞİHB yanında Şura üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, tibb işçiləri iştirak edib.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edildikdən sonra konfrans iştirakçıları, Ulu Öndərin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açıb və “Oftalmologiyanın mirvarisi” Zərifə xanım Əliyevanın anım günü ərəfəsində nurlu işığına toplaşanları salamlayıb. Ölkəmizin hər yerində Ümummilli lider Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinin silsilə tədbirlərlə qeyd edildiyini, keçirilən tədbirlərdə, konfranslarda, elmi simpoziumlarda Ümummilli lider Heydər Əliyevin və onun vəfalı ömür-gün yoldaşı, mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında dəyərli fikirlər səsləndirildiyini, onun simasında oftalmologiya elmində gedən proseslərin bir daha təhlil edildiyini diqqətə çatdırıb. Dövrün zəngin ədəbi mühitində boya-başa çatmış Zərifə xanımın Azərbaycan ziyalısının ən gözəl nümunələrini təcəssüm etdirdiyini, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirdiyini bildirib. Gənc alim və müəllimlərin, həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi tədqiqatların, məqalə və monoqrafiyaların hazırlanmasında böyük xidmətləri olduğunu qeyd edib. Ulu öndərə dərin məhəbbətlə bağlanan Zərifə xanımın bir ana kimi ən böyük xidmətinin Ümummili lider Heydər Əliyevin siyasi kursunu bu gün də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi müdrik dövlət xadimini yetişdirməsi olduğunu vurğulayıb. Onun şərəfli adının xalqımızın qəlbində əbədi yaşayacağına əminliyini ifadə edib.

Sonra Zərifə xanım Əliyevaya həsr olunan video-çarx nümayiş olunub. Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kamil Əhmədov Zərifə xanım Əliyevanın qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyindən, elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğundan söz açıb. Fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, о cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etdiyini, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi araşdırmalar apardığını bildirib. Milli Məclisin deputatı İltizam Yusifov Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyib. Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanımın öz mənalı həyat yolunu bütün varlığı ilə sevdiyi bu böyük şəxsiyyətlə-Ulu öndər Heydər Əliyevlə bağladığını, ona dayaq olduğunu vurğulayıb. Onun təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində dünya şöhrətli alim, şəfqətli həkim, məğrur Azərbaycan qadını kimi daim yaşayacağını qeyd edib. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov geniş dünyagörüşə, çevik ağıla malik, sadəlik, genişürəklilik, xeyirxahlıq kimi xüsusiyyətlərin sayəsində Zərifə xanımın hər yerdə özünə dərin hörmət və məhəbbət yaratdığını bildirib. Tanınmış elm xadimlərinin Zərifə xanımın elmi fəaliyyəti və müsbət keyfiyyətləri haqqında dəyərli fikirlərini xatırladıb. Göz həkimi Günel Sayılova Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı naminə apardığı tədqiqat işlərinin verdiyi bəhrələrdən danışıb. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələrinin Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etdiyini, onun səyləri nəticəsində ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasının yaradıldığını diqqətə çatdırıb. Konfrans Zərifə xanım Əliyeva haqqında iştirakçıların xoş xatirələri ilə başa çatıb.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar