Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Əmirbəyov: “Hazırda heç bir blokada yoxdur” - Video

“Ərazisi və tarixi baxımından əhəmiyyətli qonşu olan İranın yaxşı qonşu olaraq qalması bizim üçün vacibdir”...

“Ən önəmlisi İranla münasibətlərdə təmkini qorumaqdır”.

Bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İsrailin “i24News” telekanalının jurnalisti Kristian Maların suallarını cavablandırarkən bildirib.

O, Təl-Əvivdə səfirliyin açılmasını alqışlayıb.

“İlk növbədə, İsrail Azərbaycan üçün çox mühüm strateji tərəfdaşdır. Bu ölkə Azərbaycanın dostudur. Hesab edirəm ki, səfirliyin açılması ilə bağlı qərar bizim münasibətlərimizin onilliklər ərzində əldə etdiyi inkişafın nəticələrini əks etdirir”, - deyə Elçin Əmirbəyov vurğulayıb.

O, İsrail-Azərbaycan münasibətlərinin uğurlu inkişafına baxmayaraq, yəhudi dövlətinin Yaxın Şərqdəki əsas düşməni olan İranla diplomatiya aparmağın vacibliyini vurğulayıb:

“Ərazisi və tarixi baxımından əhəmiyyətli qonşu olan İranın yaxşı qonşu olaraq qalması bizim üçün vacibdir”

Əmirbəyov qeyd edib ki, 20-30 milyon İran vətəndaşı azərbaycanlı köklərə malikdir və bu, fikir ayrılıqlarına baxmayaraq, Bakı ilə Tehran arasında mehriban qonşuluq münasibətlərini çox vacib edir.
“Regionda sabitliyi təmin etmək üçün təmkini saxlamaq vacibdir”, - deyə Birinci vitse-prezidentinin köməkçisi əlavə edib.

2020-ci il 44 günlük müharibədən sonra, Sovet İttifaqının dağılması ilə 1990-cı illərin əvvəllərində erməni separatçıları tərəfindən ələ keçirilən əraziləri geri qaytaran Azərbaycandakı vəziyyətə gəlincə, o bildirib ki, Azərbaycan işğaldan azad edilmiş bütün əraziləri bərpa etmək istəyir:

“Sülh - hər iki ölkənin iradəsindən asılıdır. Sülhün başqa alternativi yoxdur”.

Əmirbəyov Qarabağ ermənilərinin təzyiq altında olması ilə bağlı məlumatları təkzib edib.

“Hazırda heç bir blokada yoxdur”, - deyə o bildirib və əlavə edib ki, Qarabağ regionuna 5 min minik və yük maşını, həmçinin müxtəlif nəqliyyat vasitələri humanitar yardım aparıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar