Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Twitter”dəki nasazlıq istifadəçiləri biabır etdi - Çılpaq şəkilləri hər kəs gördü

“Twitter Circle" funksiyasındakı məxfiliyin pozulması istifadəçilərin şəxsi yazılarının ictimailəşməsinə səbəb olub...

Poliqon indyturk.com-a istinadən xəbər verir ki, 2022-ci ilin avqust ayında hər kəs üçün istifadəyə verilən bu funksiya istifadəçilərə bəzi yazılarını yalnız seçdikləri insanlara göstərməyə imkan verir.

İstifadəçilər platformada “Twitter Circle” seçimini redaktə edərək istədikləri hesabları silə və istədiklərini əlavə edə bilərlər. Yalnız bu siyahılara əlavə edilən istifadəçilər şəxsi paylaşılan yazıları görə bilər. Amma funksiyanın son bir neçə gündə nasaz olduğu ortaya çıxıb.

Gizlilik pozuntusunu ilk görənlərdən biri olan amerikalı yazıçı Abraham Cosefin Riesman platformadakı paylaşımda “Twitter Circle" qırıldı” yazıb.

Riesman “Twitter Circle” üçün çılpaq bir şəkil paylaşdığını, lakin paylaşmağı seçmədiyi insanların da bəyəndiyini bildirib: “Dünən “Circle”da çılpaq şəklimi yerləşdirdim və izləmədiyim bəzi təsadüfi insanlar da bunu bəyəndi".

Riesman "Çevrəniz üçün paylaşdığınız çılpaq fotolarınızı silin!!!" əlavəsini edib.

Digər istifadəçilər də pozulma ilə bağlı narahatlıqlarını bildiriblər. Onların bir çoxu "Twitter Circle" funksiyasından ən özəl fikirlərini və şəkillərini yalnız etibar etdikləri insanlarla paylaşmaq üçün istifadə edən insanlardır.

"Twitch"in keçmiş mühəndisi Teo Braun deyib ki, "Twitter” istifadəçilərə təqdim edilməzdən əvvəl eksklüziv məzmunu lazımi şəkildə süzgəcdən keçirə bilmir".

“Twitter”də keçmiş data mütəxəssisi Melissa İnql də hadisəni "məxfiliyin böyük pozulması" kimi qiymətləndirib.

Poliqon.info


Etiket: Twitter


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Ən çox oxunanalar