Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı plastik əməliyyat etdirdi - 80 kq arıqladı

Xızı rayonunun icra başçısı Xəzər Aslanov plastik əməliyyat keçirib...

Poliqon.info Medicina-a istinadla xəbər verir ki, bu günlərdə Bakıda yas mərasiminə qatılan məmur yeni görkəmi ilə hamını şoka salıb. Belə ki, plastik əməliyyatdan sonra icra başçısının 80 kq çəki atdığı deyilir. İcra başçısını yeni görkəmində görənlər tanımayıb.

Xəzər Aslanovun əməliyyatı Almaniyada etdirdiyi bildirilir.

Qeyd edək ki, Xəzər Aslanov 6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olub. 1994–2002-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 2005–2006-cı illərdə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2006-cı ilin aprel ayından oktyabr ayınadək isə Xanlar Rayon İcra Hakimiyyəti başçısının I müavini, 2006–2012-ci illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyətnin başçısı vəzifəsinə təyin edilib.

Xəzər Aslanov sovet dövründə Şuşa, Abşeronİsmayıllı rayonlarının birinci katibi işləmiş publisist Qəşəm Aslanovun oğludur.

Qeyd edək ki, Xəzər Aslanovun bir müddət əvvəl şəhid ataları ilə kobud davranışı müzakirələrə səbəb olmuşdu.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar