Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şotlandiyanı müstəqilliyə aparacaq yeni müsəlman Baş nazir…

Şotlandiya hökumətinin ilk və yeganə müsəlman naziri olan Yusif bir gün əvvəl ölkə parlamentində səsvermədə etimad alarsa, çərşənbə günü Şotlandiyanın lideri kimi and içəcək...

Həmzə Yusif Edinburqun London hökumətinə və Rishi Sunaka qarşı mübarizəsinə rəhbərlik edəcək.

Poliqon xəbər verir ki, Şotlandiya Milli Partiyasının yeni lideri mühacir nəslindən olan Müslüm Həmzə Yusif istefaya gedən Şotlandiyanın Birinci (Baş) naziri Nikola Sterceni əvəz edərək Avropanın ilk müsəlman Baş naziri olmağa hazırlaşır.

Həmzə Yusif Edinburqun London hökumətinə və Rishi Sunaka qarşı mübarizəsinə rəhbərlik edəcəyini bildirib.

“Mən bütün Şotlandiyanın Birinci naziri olacağam. Hörmət və etimadınızı qorumaq və yenidən qazanmaq üçün günün hər dəqiqəsini çalışacağam”, deyə Həmzə Yusuf seçildikdən sonar salamlama nitqində bildirib.

CNN bildirir ki, Yusif Şotlandiya Milli Partiyasının lideri uğrunda gedən rəqabətdə Şotlandiyanın müstəqilliyini təmin edəcəyini, yaşayış səviyyəsi böhranı ilə mübarizə aparacağını, Avropa İttifaqı ilə Şotlandiyanı yenidən birləşdirəcəyini söz verərək 52% səs qazanıb.

“Mənim bilavasitə prioritetim hər bir Şotlandiyalını yaşayış böhranının vurduğu zərərdən mümkün qədər qorumaq, Milli Səhiyyə Xidmətimizi və digər mühüm ictimai xidmətlərimizi yenidən qurmaq və islahat etmək, həyat səviyyəsini yaxşılaşdırmaq üçün iqtisadiyyatımızı gücləndirmək olacaq”, deyə siyasətçi söz verib.

Parlamentinin üzvü olan Həmzə Yusuf Şotlandiya hökumətində işləyən ilk müsəlman və ağdərili olmayan kabinet üzvüdür.

“Birinci nazir kimi ölkəmə xidmət etmək həyatımın ən böyük imtiyazı və şərəfi olacaq”, deyə Yusif çıxışında vurğulayıb.

“Yusif Şotlandiyanın İngiltərə ilə üç əsrlik müttəfiqliyinə son qoymaq məqsədi daşıyan partiyaya rəhbərlik edir”, deyə CNN vurğulayır.

Lakin hər 10 şotlandiyalıdan dördü hələ də müstəqilliyi dəstəkləsə də, bu ay keçirilən sorğuya əsasən, xarizmatik və qüdrətli lider olan Nikola Stercenin siyasətdən getməsi Böyük Britaniyanın parçalanma tempini bir qədər ləngidə bilər.

Yeni referendumun necə alınacağı ilə bağlı tutarlı strategiyanın olmaması Nikola Stercenin istefa verməsinin səbəblərindən biridir.

Yusuf özünü Qlazqoda pakistanlı ata və keniyalı anadan doğulan və Şotlandiya Milli Partiyası tərəfindən dəstəklənən inklüziv, sosial cəhətdən liberal və çoxmillətli Şotlandiyanın nümunəsi kimi görür.

Nəzərə alsaq ki, Böyük Britaniya hökumətinə hindu Rişi Sunak başçılıq edir, o zaman müsəlmanın Şotlandiya separatçılarının lideri olması təəccüblü deyil: hər şey dövrə uyğundur.

Həmzə Yusuf kampaniya zamanı müstəqil Şotlandiyanın Britaniya monarxiyasından imtina etməli olduğunu da söyləyib.

Şotlandiya 2014-cü ildə müstəqilliyin əleyhinə 55-45 faiz nisbəti ilə səs verib. Böyük Britaniyanın iki il sonra, əksər şotlandların AB-də qalmaq istədiyini nəəzərə almadan Aİ-dən çıxmaq üçün qərar verməsi və Şotlandiyanın koronavirus pandemiyasına qarşı mübarizəsi müstəqillik ideyasına yeni dəstək gətirib.

Lakin bu ay keçirilən ictimai rəy sorğusu müstəqilliyə dəstək verənlər 46%-dən 39%-ə, qədər azalıb. 2020-ci ildə isə bu göstərici rekord 58%-ə çatmışdı.

Həmçinin Şotlandiya Milli Partiyasının prezidenti Maykl Rassel bir həftə əvvəl partiyanın “dəhşətli çaxnaşma” içində olduğunu etiraf etməli olub.

Şotlandiya hökumətinin ilk və yeganə müsəlman naziri olan Yusif bir gün əvvəl ölkə parlamentində səsvermədə etimad alarsa, çərşənbə günü Şotlandiyanın lideri kimi and içəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Makron Avropa üçün ölüm riskləri barədə xəbərdarlıq edib...

Ən çox oxunanalar