Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın yeni oyunu - Ermənistanın Baş naziri bu sayıqlamalarla nəyə can atır?..

Ermənistanın baş naziri Xarici İşlər Nazirliyinə tapşırıq verib ki, Hadrut və Şuşa qaçqınlarının geri qaytarılması məqsədi ilə bağlı BMT ilə danışıqlara başlanılsın...

Siyasi-şərhçi: “Ermənistan və Paşinyan höküməti hazırda hər bir təsir vasitələrindən istifadə edərək imzalanması planlaşdırılan sülh sazişindən maksimum dərəcədə mənfəət əldə etmək istəyir”.

“Ermənilər əgər Hadruta, Şuşaya qayıtmaq istəyirsə, bunun bir yolu var. O da Azərbaycan vətəndaşlığını qəbul etməkdir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ermənistanın baş nazirinin Hadrut və Şuşa qaçqınları ilə bağlı dediyi fikirləri Poliqon.info-a şərh edərkən qeyd edib.

Bu gün Paşinyan Xarici İşlər Nazirliyinə tapşırıq verib ki, Hadrut və Şuşa qaçqınlarının geri qaytarılması məqsədi ilə bağlı BMT ilə danışıqlara başlanılsın. Ermənistanın Baş naziri bunu Üçtərəfli Bəyanatın 7-ci bəndi ilə əlaqələndirib. Həmin bəndə görə Azərbaycan qaçqınları da çoxda geri dönməliyi.

Paşinyanın bu birtərəli tutumunu necə dəyərləndirmək olar? Belə yanaşmalar sülh prosesinə necə təsir edir?

Paşinyanın növbəti təxribatçı fikirlərini Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Ermənilər üçtərəfli bəyanatın 7-ci bəndindən danışmaq əvəzinə digər bəndlərə əməl etsə, bu onlar üçün daha yaxşı olar”.

Paşinyanın bu sözlərinin Zəngəzurdan dəhliz istəyimizə və vətəndaşlarımızın Qərbi Azərbaycana, öz ata baba yurdlarına qayıtması ilə bağlı prezidentin açıqlamalarına qarşı bir həmlə olduğunu söyləyən siyasi-şərhçi bildirib ki, Ermənistan bu vasitə ilə demək istəyir ki, əgər siz Xankəndiyə daxil olacaqsızsa, bizim vətəndaşlar da Şuşaya qayıtmaq istəyir. Ancaq hər nə olursa olsun, bu torpaqların hamısı Azərvbaycan torpaqlarıdır və bu torpaqlarda yaşamaq istəyən hər kəs Azərbaycan vətəndaşı olmalıdır. Siyasi şərhçi qeyd edib ki, bu Paşinyanın nəzərdən qaçırdığı əsas amildir:

Ermənistan və Paşinyan höküməti hazırda hər bir təsir vasitələrindən istifadə edərək imzalanması planlaşdırılan sülh sazişindən maksimum dərəcədə mənfəət əldə etmək istəyir. Daha doğrusi İrəvan sülh sazişini mümkün qədər yubatmaq üçün bütün yollara ba. vurur və bu məsələnində Paşinyan hakimiyyəti tərəfindən indi qaldırılmasını bununla əlaqələndirirəm. Hətta daha Paşinyan daha da uzağa gedərək Bakı, Şirvan, Sumqayıt, Gəncə, Göygöl, Şəmkir, Naxçıvan və Azərbaycanın digər rayonlarında sovet dönəmidə yaşayan ermənilərin geri dönməsini dilə gətirib.

Bütun bunlar bizim Zəngəzurdan dəhliz istəyimizə və vətəndaşlarımızın Qərbi Azərbaycana, öz ata baba yurdlarına qayıtması ilə bağlı prezidentin açıqlamalarına qarşı bir həmlədir. Ermənistan bu vasitə ilə demək istəyir ki, əgər siz Xankəndiyə daxil olacaqsızsa, bizim vətəndaşlar da Şuşaya qayıtmaq istəyir. Ancaq onların nəzərdən qaçırdığı amil odur ki, bu torpaqların hamısı Azərvbaycan torpaqlarıdır və bu torpaqlarda yaşamaq istəyən hər kəs Azərbaycan vətəndaşı olmalıdır.

Kamran Məmmədli: “Hələdə rəsmi İrəvan öz silahlı dəstələrini Qarabağdan çıxarmayıb, hələdə Zəngəzur dəhlizini bizim üçün açmayıb”.

Ermənilərdə əgər Hadruta, Şuşaya qayıtmaq istəyirsə, bunun bir yolu var. O da Azərbaycan vətəndaşlığını qəbul etməkdir. Bizim eyni tələbimiz Xankəndiyədə aiddir. Oradaki ermənilərdə gec-tez Azərbaycan vətəndaşlığını qəbul etməyə məcbur qalacaqlar. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan tərəfi olaraq Paşinyanın bu oyunlarına qarşı sərt cavab vermək lazımdır.

Ən gözəl cavab isə, Xankəndidə qısa zamanda anti- terror əməliyyatına başlamaqdır. Ermənilər üçtərəfli bəyanatın 7-ci bəndindən danışmaq əvəzinə digər bəndlərə əməl etsə, bu onlar üçün daha yaxşı olar. Hələdə rəsmi İrəvan öz silahlı dəstələrini Qarabağdan çıxarmayıb, hələdə Zəngəzur dəhlizini bizim üçün açmayıb. Beynəlxalq hüququ pozan da, öz imzaladığı sənədin tələblərini pozan da Ermənistandır. Azərbaycan bu reallıqları bütün dünyaya göstərərək ermənilərin bu məkirli planlarını pozmalıdır deyə düşünürəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar