Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qaçqınkom"un sədr müavini: "Talış kəndinə köçürülən ailələr üçün hər cür şərait yaradılıb"

“Bu gün Tərtətin Talış kəndinə köçürülən ailələr üçün hər cür şərait yaradılıb”.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O bildirib ki, hazırda Azərbaycan xalqı daha bir tarixi, qürurverici günü yaşayır:

Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə keçmiş məcburi köçkün olan 20 ailədən ibarət 90 nəfər öz torpağına, dədə-baba yurduna qayıdırlar. Təbii ki, 3 il öncə biz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun qazandığı zəfərin sevincini yaşayırdıqsa, bu gün artıq həmin zəfərin nəticəsi olaraq, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin və keçmiş məcburi köçkün soydaşlarımızın qayıdış təntənəsini, böyük sevinc hissini qeyd edirik. Talış kəndi istər siyasi, istər tarixi, istərsə də özünün füsunkar təbiəti baxımından Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edən bir ərazidir. Bu gün Qarabağımızda daha 20 ocağın öz dağmaları ilə isinməsinə şahidlik edirik. Daha 20 evdə yanacaq çırağın işığının sevincini yaşayırıq. Bura köçürülən keçmiş məcburi köçkünlər Bakı şəhəri, Bərdə, Samux, GoranboyTərtər rayonlarında müvəqqəti məskunlaşmış soydaşlarımızdır”.

“İki gün öncə onların ev bölgüsü ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində tam şəffaflıq gözlənilməklə püşkatma mərasimi keçirildi. Məcburi köçkün soydaşlarımız ailə tərkibinə uyğun olaraq 2, 3, 4 otaqlı fərdi evlərlə təmin olunublar. Onu da qeyd edim ki, Talış kəndi ən müasir tələblər səviyyəsində yenidən qurulub, cənab Prezidentin tapşırığına əsasən, bütün zəruri sosial-texniki, infrastruktur ilə təhciz olunub. Burada məktəb, uşaq bağçası, xeyir-şər evi və inzibati binada anadlaşdırılma işləri aparılıb” - Dövlət Komitəsinin sədr müavini vurğulayıb.

Poliqon.info


Etiket: Qaçqınkom


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar