Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin söyüşlərinə etinasız qalan generallar və çıxılmaz vəziyyət…

Cümə günü, martın 10-da Rusiya prezidenti Vladimir Putin videokonfrans vasitəsilə Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirib…

Poliqon info xəbər verir ki, bu barədə “Generall SVR” Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatında bildirilir ki, görüşün əsas hissəsindən sonra prezident dar tərkibdə müzakirələri davam etdirib. Qapalı formatda keçirilən iclası davam etdirən prezident bir sıra suallar qaldırıb. Putin cəbhədəki vəziyyətlə bağlı hesabatları dinləyib və ənənəvi olaraq eşitdiklərindən narazı qalıb.

Kanal qeyd edir ki, çox sayda yığılmış problem, sadəcə mövcud olmayan sürətli və effektiv həllər tələb edir. Hərbi rəhbərlik effektsiz olan hücum əməliyyatlarında super səylər göstərdiyini bildirir, lakin əmin edir ki, bu mərhələdə müasir NATO silahları ilə təmin edilmiş Ukrayna Silahlı Qüvvələrinə müqavimət göstərmək olduqca çətindir.

“Xüsusən də hazırkı mərhələdə kəskin silah sürsat çatımamazlığı fonunda Ukraynanın ehtimal yaz hücumlarının qarşısının alınması mükün görünmür”, deyə “Generall SVR” iddia edib.

“Generall SVR” yazır ki, prezidentin ultimatumativ tələbinə baxmayaraq, ordu rəhbərliyi çiyinlərini çəkib, gözlərini aşağı dikərək, səhlənkar məktəblilər kimi özlərinə haqq qazandırmağa çalışırlar.

Putinin söyüş və təhdidləri isə hərbi rəhbərliyə artıq heç bir təsir göstərmir. Yarım il əvvəl Baş Qərargahda pıçıldayıb gileyləndiklərini indi praktiki olaraq Putinin üzünə açıq deyirlər. Baş Qərargahın generallarına görə vəziyyətdən çıxış yolu yoxdur. Kifayət qədər silah olmadan yeni səfərbərlik dalğası isə faydasızdır və bu səfərbərlik yalnız ağır itkilərə səbəb olacaq.

“Generall SVR”in yazdığına görə heç bir qərar alınmadan “Vaqner qrupu” və Yevgeni Priqojin mövzusuna keçid edilib. Nikolay Patruşev Priqojin təhlükəsi iə bağlı qısa təqdimat edib və təklif verib ki, indiki templə ay yarım və ya iki aya qədər “Vaqner qrupu”undan heç nə qalmayacaq.

Kanal bildirir ki, Təhlükəsizlik Şurasının katibi Priqojinin bu vəziyyətdə necə davranacağı və ondan hansı təhdidlərin gələ biləcəyi ilə bağlı fərziyyələrini də bölüşüb.

Patruşevin fikrincə, Priqojin əlində olan resurslardan istifadə edərək keçmiş peşəkar “Vaqner”çiləri bir bəhanə ilə silahlandırmaq və onları Rusiya ərazisinə, daha doğrusu Ukrayna ilə həmsərhəd vilayətlərə göndərmək üçün cəhd edə bilər.

Təhlükəsizlik Şurasının katibi bildirib ki, o, artıq keçmiş “Vaqner”çilərin təmaslarına və hərəkətlərinə nəzarət etmək barədə göstəriş verib. Ğ

“Generall SVR”in yadığına görə Putin Patruşevin arqumentləri ilə razılaşıb və ümumilikdə “Vaqner qrupu”nun, xüsusilə Yevgeni Priqojinin zərərsizləşdirilməsi istiqamətində görülən işlərə görə təşəkkür edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar