Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə mediası İranın Qarabağa terrorçu qruplar göndərdiyini yazır... - Tehran Bakıya açıq cəbhə açır?

“Türkiye” qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasion məlumat yayıb...

Politoloq: “Əslində, işğal dövründə İranın Qarabağı Suriyaya çevirmək kimi bir planı var idi”.

İranın Qarabağda Azərbaycana qarşı açıq cəbhə açmasına real yanaşma deyil. Çünki bu gün faktiki olaraq İran Ermənistanı dəstəkləyir”.

Bu sözləri politoloq Turan Rzayev İranın Qarabağa terrorçu qruplaşma yerləşdirmək iddiasını Poliqon.info-a şərh edərkən qeyd edib.

Türkiyənin nüfuzlu “Türkiye” qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasion məqalə ilə çıxış edib. Qəzet yazır ki, İrəvanı qardaş elan edən İran administrasiyası Qarabağı Suriyaya çevirmək planları qurur.

Türkiyə qəzetinin bu iddialarını necə dəyərləndirmək olar? Bu iddiaların reallaşmasına və İranın Qarabağda Azərbaycana qarşı açıq cəbhə açmasına ehtimal vermək olar?

İranın Azərbaycana qarşı növbəti məkirli planını Poliqon.info-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İranın Qarabağda Azərbaycanla birbaşa toqquşmaya girməsi inandırıcı deyil”.

Bu kimi iddiaların İran tərəfindən məqsədyönlü şəkildə yayılan dezinfeksiyalar olduğunu nəzərə çatdıran politoloq bildirib ki, Tehranın bu addımı Azərbaycan tərəfində qorxu yaratmağa hesablanıb. Buna görə də bu iddianın mümkün olmasını düşünmürəm:

“Əslində, işğal dövründə İranın Qarabağı Suriyaya çevirmək kimi bir planı var idi. Hətta, Şimali İraqda İranın dəstəkləndiyi kürd terrorçular İran vasitəsilə Qarabağa gətirmişdi. Onlar 44 günlük Vətən müharibəsində də Azərbaycana qarşı döyüşmüşdülər. Amma indiki məqamda İran belə bir şey etmək istəsə belə, buna nail ola biləcəyini düşünmürəm. Çünki bu gün Azərbaycan silahlı qüvvələri işğaldan azad edilmiş ərazilərə və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə nəzarət imkanına malikdir. Söhbət birbaşa reydlərdən getməsə belə, ən azından dronlar, strateji yüksəkliklər vasitəsilə biz demək olar ki, əksər bölgələrə nəzarət edə bilirik. Hətta, Xankəndində nə baş verdiyini belə bilirik. Belə bir məsələ olsaydı, yəqin ki, Azərbaycan buna layiqli cavab verərdi.

İran faktiki olaraq ötən ilin sonlarına yaxın iki fəqli qrup halında Ermənistana, oradan da Qarabağa hərbiçilər göndərib. Bu daha çox hava hücumundan müdafiə sistemləri üzrə təlim keçən hərbi qruplaşma idi. Tehranın bu tipli fəaliyyətləri var idi. Amma bu o demək deyil ki, hazırda İran bu bölgəyə real təsir imkanlarına malikdir. Hesab edirəm ki, bu və ya bu kimi iddialar İran tərəfindən məqsədyönlü şəkildə yayılan dezinfeksiyalardır. Tehranın bu addımı Azərbaycan tərəfində qorxu yaratmağa hesablanıb. Buna görə də bu iddianın mümkün olmasını düşünmürəm.

Turan Rzayev: “Rusiya bu məsələdə İranın qarşısındakı başlıca səd və maneədir”.

İranın Qarabağda Azərbaycana qarşı açıq cəbhə açmasına real yanaşma deyil. Çünki bu gün faktiki olaraq İran Ermənistanı dəstəkləyir. İran əksər hallarda da açıqlamalarında Zəngəzur dəhliz ilə bağlı deyir ki, şimal sərhədlərinin dəyişməsinə imkan verməyəcəklər. Həmçinin, İran qeyd edir ki, bu onların qırmızı xəttidir. Burada söhbət Zəngəzur dəhlizinin açılmasından və sərbəst gediş-gəlişin təmin olunmasından gedir. İran ən çox reaksiyanı bu məsələ ilə bağlı verir.

Amma İranın Qarabağda Azərbaycanla birbaşa toqquşmaya girməsi inandırıcı deyil. Bunun aşılanması belə, real müharibə deməkdir. İran proksi müharibə aparmaq niyyətində olsa, bunu Qarabağda aparmaz. Çünki Qarabağda seperatçılar da var. İran hərbçilərinin Qarabağda qeyri-rəsmi şəkildə döyüşməsi kimi məsələlər haradasa, alınan bilər. Ancaq buna Rusiyanın da icazə verəcəyini düşünmürəm.

Ümumiyyətlə, Rusiya bu məsələdə İranı bölgəyə buraxmaq niyyətində deyil. Rusiya bir çox məsələlərdə hətta, İrana təzyiq də edir. Yəni Rusiya bu məsələdə İranın qarşısındakı başlıca səd və maneədir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Azərbaycan Prezidenti bütün ölkələri planeti xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıb

İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub

Ən çox oxunanalar