Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində hesab edirlər ki, Ukrayna müharibəsi yayın sonunda bitəcək…

Çin Universiteti Ukraynada müharibənin yayın sonuna qədər bitəcəyini proqnozlaşdırdı. Bu hesabat Pekini Ukrayna ilə bağlı sülh planı dərc etməyə sövq edib…

Poliqon.info xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusuna bağlı bir universitet olan Hərbi Elmlər Akademiyasının dekabrda təqdim etdiyi hesabatında bildirilib. Bu barədə Çin hökumətinə yaxın mənbələrə istinadən Nikkei nəşri yazıb.

Hesabata görə Ukraynadakı müharibə 2023-cü ilin yayın sonuna qədər bitəcək.

Hesabat müəllifləri belə qənaətə gəliblər ki, yaya qədər həm Rusiya, həm də Ukrayna iqtisadiyyatı müharibəni dəstəkləmək üçün çox tükənəcək. Çinli ekspertlərə görə müharibə sonucunda Rusiya nəhayət istədiklərinə nail olacaq.

Nikkei-nin məlumatına görə, ola bilsin ki, çinli ekspertlər nəticələri Moskvaya rəğbət bəsləyən Çin rəhbərliyini razı salmaq üçün Rusiyanın xeyrinə uyğunlaşdırıb.

Nikkei nəşrinə görə, məhz bu hesabatın nəticələri Pekini münaqişənin sülh yolu ilə həlli üçün plan hazırlamağa sövq edib. Bu proqram isə üç məqsədə nail olmağı hədəfləyir: Avropa ilə münasibətləri bərpa etmək, Ukrayna ilə dostluq münasibətlərini saxlamaq və atəşkəsdə Çinin aparıcı rol oynamasını təmin etmək.

Çin dövlət başçısı Si Tsinpin Vladimir Putinin dəvəti ilə Moskvaya səfər etməyi düşünür. Nikkei nəşri Çin lideri üçün ən yaxşı ssenari olaraq Sinin Putinə sülh planını təqdim etməsindən sonra Rusiya və Ukrayna arasında danışıqların başlanmasını görür. Bu, Çini danışıqların tamhüquqlu iştirakçısına çevirəcək, həm də “qlobal cənub” ölkələrini öz tərəfinə çəkməyə kömək edəcək.

Məlumatda qeyd edilir ki, Hərbi Elmlər Akademiyası Çin silahlı qüvvələrinin ən yüksək qərar qəbul edən orqanı olan Kommunist Partiyasının Mərkəzi Hərbi Komissiyasına mütəmadi olaraq məsləhətlər verir və hesabatlar təqdim edir. Nikkei-yə görə, akademiyaya vəzifəsi nazir səviyyəsinə uyğun gələn bir məmur rəhbərlik edir.

Xatırladaq ki, fevral ayında Çin Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə “Ukrayna böhranının siyasi həlli üçün” 12 bəndlik plan təqdim etdi. Təkliflər arasında atəşkəs, bütün ölkələrin suverenliyinə hörmət və birtərəfli sanksiyalara son qoyulması var.

Ukrayna prezidenti Vladimir Zelenski Çinin Ukrayna ilə bağlı danışmağa başlamasını təqdir edərkən, təkliflərin plan olmadığını, sadəcə düşüncələr toplusu olduğunu deyib.

Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, Moskva çinli dostların Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə töhfə vermək səmimi istəyini yüksək qiymətləndirir.

ABŞ prezidenti Co Bayden planın yalnız Rusiya üçün faydalı olduğunu deyib.

Poliqon.info.




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar