Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avroviziya-2023” də Azərbaycanı kim təmsil edəcək?

Müsabiqə Liverpul şəhərində keçiriləcək...

“Avroviziya-2023” mahnı müsabiqəsinə cəmi iki ay qalıb.

Müsabiqəyə builki seçim zamanı beş ifaçı və onların mahnıları seçilib. Həmin musiqiçilər - Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, “Mamagama” qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur. Azərbaycanın “Avroviziya-2023”də çıxış edəcəyi mahnının bu həftə bəlli olacağı gözlənilir. Builki təmsilçimiz kim olacağı isə hələ ki, bəlli deyil. Mövzu ilə bağlı məşhurların Oxu.Az-a açıqlamasını təqdim edirik.

Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə açıqlamasında “Mamagama” qrupunun ifasını bəyəndiyini bildirib. Bəstəkar “Avroviziya” ilə bağlı digər suallara şərh bildirmək istəmədiyini qeyd edib.

“Avroviziya-2022” mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli açıqlamasında bildirib ki, müsabiqə iştirakçıları ilə tanışdır və dəstəklədiyi ifaçılar var:

“Favoritim “Mamagama qrupu”, Humay Aslanova və Əmrah Musayev dueti, Leyla İzzətovadır. Ancaq nədənsə elə hiss edirəm ki, builki təmsilçimiz “Mamagama” qrupu olacaq”.

Azərbaycanı 2014-cü ildə müsabiqədə təmsil edən müğənni Dilarə Kazımova isə işlərinin çoxluğu ilə əlaqədar prosesləri izləyə bilmədiyini deyib:

“Son vaxtlar mahnılar, kliplər, fotosessiya...həddən artıq məşğul olduğum üçün bir çox məsələlərdən xəbərsizəm. Təəssüf ki, Avroviziya seçimlərini də izləyə bilməmişəm. İstənilən halda bütün iştirakçılara uğurlar arzulayıram”.

“Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi, müğənni  Eldar Qasımov təmsilçilərlə bağlı Oxu. Az-a açıqlamasında bunları deyib:

“Mən konkret olaraq kiminsə adını çəkə bilmərəm. Çünki “Avroviziya-2023” Azərbaycan nümayəndə heyətinin musiqi prodüseriyəm. Ona görə də bu mövzuda obyektivliyi nəzərə almalıyam. Əsas gözləntim isə ağıllarda qalacaq, gözəl ifa ilə təmsil olunmağımızdır ki, hazırda komanda olaraq bunun üçün çalışırıq”.

Qeyd edək ki, müsabiqə Liverpul şəhərində keçiriləcək. Layihənin yarımfinalları 9, 11 may, böyük finalı isə 13 mayda baş tutacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol təsdiqlənib

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

16 saylı cəzaçəkmə müəssisəsindən Əfv sərəncamı çərçivəsində üç nəfər azadlığa buraxılıb

Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

Ombudsman: Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir...

Ən çox oxunanalar