Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorxunc görüntü: Azərbaycanın ən strateji yeri “işğal edilir” – Video, Fotofakt

Hazırda dünyanın müxtəlif regionlarında su böhranı səbəbindən gərginlik yaşanır...

Başlığı oxuyanda, yəqin, çoxu düşündü ki, söhbət Qarabağdakı hansısa ərazidən gedir.

Elə də düşünün, çünki haqqında danışdığımız “işğal” faktı ən azı Şuşanın işğalı qədər faciəvidir.

Söhbət Kür çayının quraqlıq tərəfindən işğalından gedir.

Azərbaycanın şah damarı quruyur.

İstər müxtəlif platformalarda, istərsə də Globalinfo.az-da bu mövzunu bir neçə dəfə gündəmə gətirsək də, təəssüf ki, cəmiyyətin böyük kəsimi vəziyyətin ciddiliyinin fərqinə varmır.

Kürdən yayılan fotolar vəziyyətin qorxulu həddə çatdığını göstərir.

Bir vaxtlar insanların “dəli Kür” deyib girməyə ehtiyat etdiyi bu çay getdikcə düzənliyi xatırladır.

Bir vaxtlar balıqların üzdüyü o yerlərdə indi qarışqalar gəzir.

Təsəvvür edirsinizmi?

 Azərbaycanın iki əsas su mənbəyindən birinin – Kürün quruması, təxminən, Gəncənin və ya Bakının Yer üzündən silinməsi kimi bir şeydir.

Beynəlxalq münasibətlər üzrə ekspertlər, alimlər növbəti qlobal müharibənin su səbəbindən baş verəcəyini proqnozlaşdırırlar.

Hələ Vətən müharibəsindən əvvəl irəli sürülən versiyalardan biri də bu idi ki, Qarabağda müharibə həm də su anbarları uğrunda başlayacaq.

Hazırda dünyanın müxtəlif regionlarında su böhranı səbəbindən gərginlik yaşanır. Məsələn, Misir, Sudan və Efiopiya arasında Nil çayı ilə bağlı fikir ayrılığı səbəbindən Şimali Afrikada genişmiqyaslı savaşın ola biləcəyi proqnozlaşdırılır.

Əgər vaxtında tədbir görülməsə, Qafqazda da bənzər vəziyyətin yaranacağı qaçılmaz olacaq.

Su qan yerinə axmasa, qan su yerinə axacaq.

Poliqon.info


Etiket: Kür çayı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay