Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan millisinin məşqçisi: “Futbolçuların vəziyyəti ürəkaçan deyil

“Milli üzvlərinin vəziyyəti hələ tam ürəkaçan deyil. Ancaq yavaş-yavaş forma yığırlar”...

Bunu “Report”a müsahibəsində Azərbaycan millisinin məşqçisi Arif Əsədov yığma futbolçularının son durumu ilə bağlı fikir bildirərkən deyib.

Təcrübəli mütəxəssis avrokuboklardakı çıxışdan sonra “Qarabağ”ın yerli oyunçularının durumundan razılıq bildirib: “Tək-tək ad çəkmək istəmirəm. “Qarabağ”ın milli üzvləri avrokubok oyunlarında pis çıxış etmədilər. Müdafiə xəttində etibarlı oynadılar. Bundan başqa, Riçard Almeyda çoxdan idi oynamırdı. Buna baxmayaraq, “Gent”lə görüşdə ən böyük iş əmsalı onda oldu. Digər klublardakı oyunçular da izlənilir. Hələ yaxşı forma yığmaları üçün vaxt var”.

53 yaşlı məşqçi AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Avstriya, 27-də isə İsveçlə səfər görüşləri ilə bağlı hədəflərini də açıqlayıb: “Çox ağır qrupdur və ilk turlarda favoritlərlə səfərdə üz-üzə gələcəyik. Bu baxımdan bizi çətin oyunlar gözləyir. Ancaq yenə də komanda şəklində ən yaxşısını edib, xallar qazanmağa çalışacağıq”.

Poliqon.info


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ən çox oxunanalar