Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Der Spiegel: Çin Rusiyaya kamikadze dronlar verməyə razı olub...

Rusiya və Çin arasında kamikadze pilotsuz uçan aparatların tədarükü ilə bağlı danışıqlardan məlum olub...

Poliqon.info xəbər verir ki, bu barədə Almaniyanın Der Spiegel nəşri məlumat yayıb. Nəşr bilsdirir ki, Rusiya Çinlə kamikadze dronların tədarükü ilə bağlı razılığa gəlib.

Der Spiegel yazır ki, Moskva ABŞ və Almaniyanın Rusiyaya silah satışı ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Rusiya Çin istehsalçısı ilə 100 pilotsuz təyyarə almaq üçün danışıqlar aparır. Nəşrin məlumatına görə, dronları aprel ayına qədər Rusiyaya çatdırıla bilər.

Məlumatda qeyd edilir ki, Çinin dron istehsalçısı “Xian Bingo Intelligent Aviation Technology” şirkəti 35-50 kq-lıq döyüş başlığı daşıya bilən ZT-180 pilotsuz təyyarəsinin 100 prototipini yarada biləcəyini bildirib.

Bundan əlavə, Der Spiegel istehsalçının növbəti mərhələ çərçivəsində Rusiyada hər ay 100-ə qədər dron qura bilən İHA istehsalı sahəsinin yaradılmasına kömək etməyə hazır olduğunu da qeyd edib.

Nəşr bildirir ki, 2022-ci ildə Çin Rusiyaya silah, o cümlədən Rusiyanın Su-27 qırıcıları üçün ehtiyat hissələri ötürmək imkanını nəzərdən keçirib. Onların tədarüklərinin sanksiyalardan yayınmaq üçün mülki aviasiya hissələri adı altında həyata keçirilməsi planlaşdırılıb.

Bundan əvvəl ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Çinin Rusiyaya silah tədarükünün Vaşinqton üçün qırmızı xətt olacağını bildirmişdi. Tomas-Qrinfild xatırladıb ki, ABŞ-ın dövlət katibi Entoni Blinken əvvəllər bu cür qərarların nəticələrini barədə Çinə xəbərdarlıq edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay