Cümə axşamı, 30 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “İran rejiminin artıq siyasi arenadan getməsi labüd olub”

Bayden İsrail-İran müharibəsini inkar etmədi... Regional qarşıdurmanın yeni mərhələsi başlayır?...

Azər Qasımov: “Uzun müddətdir ki, İranın nüvə məsələsinə görə ABŞ və İsrail arasındakı gərginlik görünən odur ki, özünün həlledici məqamına yaxınlaşır. İrana edilən hava zərbələri onu göstərir ki, prosesə start verilib”.

İran rejiminin Rusiyaya PUA ixracı bu prosesi daha da aktuallaşdırdı”.

Bu sözləri politoloq Azər Qasımov İsrailin İrana zərbələr endirməsində ABŞ-ın rolunun olub-olmamasını PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi İsrail yanvarın 29-da gecə saatlarında İran ərazisinə zərbələr endirdi. Bu zərbələr ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün İsrailə səfər ərəfəsinə təsadaf etdi. Eyni zamanda ABŞ prezidenti Co Bayden son açıqlamalarında İranla qarşıdurmanın baş verəcəyini istisna etməyib.

Demək olarmı ki, regional qarşıdurmanın yeni mərhələsinə qədəm qoyuruq?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Uzun müddətdir ki, İranın nüvə məsələsinə görə ABŞ və İsrail arasındakı gərginlik fonunda görünən odur ki, proses özünün həlledici məqamına yaxınlaşır”.

Azərbaycanın İran rejiminin siyasi arenadan getməsi istiqamətində İsrail və ABŞ-la qarşılıqlı fəaliyyətinin siyasi nəticələri öncədən hesablanmalı olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, gəlinəcək nəticələr barədə ciddi qarantiyalar alınması durumunda hansısa qəti qərarların alınması üzərində iş aparılmalıdır:

“Regionda vacib hadisələrin baş verdiyi şübhəsizdir. Uzun müddətdir ki, İranın nüvə məsələsinə görə ABŞ və İsrail arasındakı gərginlik fonunda görünən odur ki, proses özünün həlledici məqamına yaxınlaşır. İrana edilən hava zərbələri onu göstərir ki, prosesə start verilib.

ABŞ rəsmilərinin İsrailə səfər və açıqlamaları İranın regional və beynəlxalq təhlükəsizliyə yaratdığı təhlükələrə qarşı tədbirlərin görülməsi məqamını yaxınlaşdırır. İran rejiminin Rusiyaya PUA ixracı bu prosesi daha da aktuallaşdırdı.

İran rejiminin artıq siyasi arenadan getməsi labüd olub. Bu, İranın nüvə istehsalı məsələsində çox irəli getməsi və nüvə silahına sahib olma təhlükəsi səbəbi ilə də aktual məsələyə çevrilib. İran rejimi bütün dünya təhlükəsizliyi təhdid edər duruma gəlib. Onun fəaliyyəti heç bir beynəlxalq fəaliyyətlərə sığmır.

Azərbaycanın İran rejiminin siyasi arenadan getməsi istiqamətində İsrail və ABŞ-la qarşılıqlı fəaliyyətinin siyasi nəticələri öncədən hesablanmalı və gəlinəcək nəticələr barədə ciddi qarantiyalar alınması durumunda hansısa qəti qərarların alınması üzərində iş aparılmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: İsrail-İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub- Yenilənib, Video

Ermənistan İran PUA-ları üçün hava məkanını açdı...- Bölgədə yeni müharibə?

2023-cü ildə bəxtləri ən çox gətirəcək 5 bürc

Bu avtomobillərin Azərbaycana gətirilməsinə icazə verilməyəcək

Yüz il qoşa atılan zərlər niyə qoşa düşmür? - “Dünya sənin, dünya mənim”in hekayəsi

Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub

"Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə

Yeni nəzarətə götürdüyümüz ərazilər – Xəritə

Prezidentin köməkçisi Fazil Mustafanı ziyarət edib

Prezident İlham Əliyev Fazil Mustafaya qarşı terror aktı ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verib

Ən çox oxunanalar