Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin generallara iyun ayına qədər möhlət verib

Gerasimov Baş Qərargahın rəhbəri vəzifəsində qalsa da, o indi bu vəzifəni müvəqqəti icra edən şəxs kimidir…

PİA.az xəbər verir ki, Rusiya mətbuatında yayılan xəbərdə bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsində qalsa da, onun vəziyyəti indi bu vəzifəni müvəqqəti icra edən şəxs kimidir.

Məlumatda qeyd edilir ki, Putin Ukrayna müharibəsində dönüş yaradılması və uğurlu hərbi əməliyyatların keçirilməsi üçün iyunun 1-ə qədər vaxt verib. Əgər bu zamana qədər cəbhədə ciddi uğurlar əldə edilməzsə, o zaman Gerasimov və ətrafı öz vəzifələri ilə vidalaşmalı olacaqlar.

Lakin qarşıya qoyulan vəzifənin yerinə yetirilməsinə mane olacaq çoxlu faktoorlar var ki, onlardan biri də Ukraynanın bu ilin əvvəlində Qərbdən alacağı silahlardır. Əgər Qərb söz verdiyi kimi, bir neçə ay ərzində Ukrayna ordusunu ağır hücum silahları ilə təmin edəcəksə, o zaman Gerasimovun aqibəti heç də yaxşı görünmür.

Hələlik NATO may ayının sonuna qədər Ukraynaya 90-120 tank və müxtəlif tipli 150-200 piyada döyüş maşını verməyi planlaşdırır. “Patriot” kompleksi isə artıq fevral ayında Ukraynaya gətirilə bilər. Ukrayna hərbiçiləri ABŞ-da “Patriot” hava hücumundan müdafiə sistemlərinin istifadəsi təliminə gələn bazar ertəsi başlayacaqlar.

Bundan başqa müxtəlif ölkələrdə NATO-nun təlim bazalarında 60 min Ukrayna hərbiçisi hazırda təlim keçir ki, bu da Rusiya ordusu üçün ciddi təhlükə olaraq dəyərləndirilir.

Qeyd edək ki, undan əvvəl Gerasimov və Şoyqunun istefaya göndərilmələri ilə bağlı bir neçə dəfə məlumat yayılsa da, sonradan həmin məlumatlar öz təsdiqini tapmayıb.

Ötən həftə isə Gennadi Gearsimov Rusiyanın Ukraynadakı qoşun birləşmələrinin komandanı təyin olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar