Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov sərvətinin 30 faizini itirəcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun istefasından sonra onun biznesi ilə bağlı suallar açıq qalmışdı...

Bir çoxları keçmiş "xan"ın istefası ilə hər şeyə nöqtə qoyulduğunu, digərləri isə bunun yalnız başlanğıc olduğunu, Talıbovun biznesinin də çökdürüləcəyini bildirirdilər. Elə son vaxtlar baş verən proseslər da bunu təsdiq edir.

Belə ki, ötən ilin dekabrında Vasif Talıbovun oğlu Seymur Talıbov ölkəni tərk etmək istəyərkən hava limanında saxlanıldı. Eyni zamanda onun ölkədən çıxışına qadağa qoyulduğu bildirildi. Paralel olaraq, Talıbovların fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları davam etdirdikləri də bəlli oldu.

Bütün bunların ardınca Vasif Talıbovun istefasından sonra onun nəzarətindəki ən böyük biznes obyektlərindən olan “Cahan Holdinq”lə bağlı maraqlı məlumat yayıldı. Aydın oldu ki, bu holdinqə daxil olan şirkətlər ard-arda məhkəməyə verilib. Buna səbəb isə həmin şirkətlərin Vasif Talıbovun himayəçiliyinə arxalanaraq, bir sıra digər şirkətlərlə bağladığı müqavilə öhdəliklərinə əməl etməməsi olub.

Bu gün isə Vasif Talıbova məxsus olduğu bildirilən digər bir şirkətlə bağlı iddialar gündəmə gəlib. Söhbət 2008-ci ildə təsis olunan “Gəmiqaya Holdinq”dən gedir.

Qeyd edək ki, 14 şirkəti özündə birləşdirən “Gəmiqaya Holdinq” Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir. Az öncə dövlətə 14 272.50 AZN vergi borcu olduğu bildirilən “Gəmiqaya”nın son məlumatlara görə, valyuta qanunvericiliyini pozduğu da bəlli olub. Bu səbəbdən şirkətə qarşı 8 protokolun tərtib edildiyi qeyd olunur. Qeyd edək ki, belə bir protokol tərtib edildikdə, hüquqi şəxslər inzibati xətanın obyekti olan valyuta vəsaitlərinin 20-30 faizi miqdarında cərimə edilir. Bu isə o deməkdir ki, “Gəmiqaya Holdinq” malik olduğu vəsaitlərin təqdirbən üçdə bir hissəsini dövlət büdcəsinə ödəyəcək. Nəzərə alsaq ki, söhbət "Gəmiqaya"da təmsil olunan 14 şirkətdən gedir, o zaman dövlətə qaytarılacaq vəsaitin yüz milyonlarla manat olacağını söyləmək mümkdür. (Bakupost.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Ən çox oxunanalar