Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılıb, xəsarət alanlar var - Yenilənib

Faktla bağlı araşdırma aparılır...

Şəmkirdə avtomobildə qumbara partlaması faktını rayon prokurorluğu araşdırır.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində "VAZ 2107" markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

***

Şəmkirdə avtomobilin içərisində qumbaranın partlaması nəticəsində xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə köçürülüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, xəsarət alanlar öncə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada ilkin tibbi yardım göstərilib və daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Onların müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 

Qeyd edək ki, Şəmkir şəhərində Nəsib Qarayeva məxsus dövlət nömrə nişanı 20-BF-603 olan "VAZ-2107" markalı avtomobildə sərnişin qismində olan Binnət Qarayevdə olan qumbara partlayıb. Nəticədə hər ikisi müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Şəmkir rayonunda qumbara partlaması nəticəsində 2 nəfərin xəsarət alması ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib.

​DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin  Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus VAZ 2107 markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub.

"Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir"

***

Şəmkirdə valyutadəyişmə məntəqəsində baş vermiş partlayışdan sonra yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə ilə bağlı dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gedib.

"Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

***

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılması nəticəsində iki nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin birində partlayış olub.

Hadisə nəticəsində, 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə məntəqəyə qumbara atılıması nəticəsində başverdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTO

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay