Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda özünü DTX əməkdaşı kimi qələmə verən şəxsin insanlardan pul aldığı iddia edilir - Video

Dövlət Təhlükəsizlik Xidməti ( DTX ) əməkdaşı kimi özünü təqdim edib, sürücülərdən pul alan bu şəxsin kim olduğu məlum deyil...

on günlər sosial şəbəkələrdə özünü Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşı kimi təqdim edən şəxsin insanlardan pul aldığına dair paylaşımlar edilir.

İddia edilir ki, həmin şəxs daha çox paytaxtın Nəriman Nərimanov metro stansiyasının çıxışında taksilərə minir və bir qədər yol getdikdən sonra sürücülərdən pul tələb edir.

Dövlət Təhlükəsizlik Xidməti ( DTX ) əməkdaşı kimi özünü təqdim edib, sürücülərdən pul alan bu şəxsin kim olduğu məlum deyil. Son aylarda müntəzəm olaraq taksi fəaliyyəti göstərən şirkətlərin proqramları üzərindən komfort tipli maşınları idarə edən sürücülər bənzər hadisələrdən şikayətçidirlər.

Bütün bu hadisələri birləşdirən isə eyni görüntüyə malik olan sərnişindir. Səliqəli geyimdə (adətən kostyum, qalstuk, qara və ya ağ köynək) olan bu şəxs sürücülərdən müxtəlif bəhanələrlə, müxtəlif məbləğlərdə vəsaitlər alaraq aradan çıxır. Sürücülər Daxili İşlər Nazirliyinin ərazi üzrə polis bölmələrinə müraciət etdiklərini bildirirlər. Məsələ burasındadır ki, həmin şəxs (və ya şəxslər) öz əməllərini eyni ssenari üzərindən hələ də davam etdirir(lər).

Oxu.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğuya cavab olaraq bildirib ki, sözügedən məsələdən məlumatlıdırlar:

“Məsələ ilə bağlı araşdırma aparılır. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək

Bu hərbçilərin maaşları dəyişdi - Baş nazir qərar imzaladı

Ən çox oxunanalar