Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Volkov Azərbaycan ekoaktivistləri ilə görüşmür, amma ermənilərlə görüşdü...

Rusiya sülhməramlı qüvvələrinin komandanı ermənilərlə görüşdü, amma azərbaycanlılarla hələ də görüşmək istəmir...

Politoloq: “Rusiya sülhməramlı qüvvələrinin komandanı Volkovun Qarabağda ermənilərlə görüşməsi Kremlin təlimati ilə reallaşıb”.

“Ümumiyyətlə, Laçın dəhlizində bağlı vəziyyəti Volkov həll edə bilməz. Burada ErmənistanRusiyanın qanunsuz fəaliyyəti aşkar edilib və təkcə mədən ərazilərin qanunsuz istismarı deyil, silah və sursatı daşınmasının qarşısı alınır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Rusiya sülhməramlı qüvvələrinin komandanı Volkovun Qarabağda ermənilərlə görüşməsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya sülhməramlı qüvvələrinin komandanı Volkov Qarabağda yaşayan ermənilərin köməyinə çatdı. Volkovun ermənilərlə görüşüb azərbaycanlılarla hələ də görüşməməsi nə anlama gəlir? Demək olarmı ki, Xankəndinə savaş ehtimalı artır?

Xankəndi ətrafında baş verənləri PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Azərbaycan bu prosesi müsbət və beynəlxalq qanunlara əsasən həll edəcək”.

Volkovun azərbaycanlı etirazçılarla görüşməməsinin səbəbini ona verilən əmrdə görən politoloq PİA.az-a bildirib ki, Volkov əmrə tabe olan adamdır və ondan biz ciddi bir şeylər gözləməməliyik:

Rusiya sülhməramlı qüvvələrinin komandanı Volkovun Qarabağda ermənilərlə görüşməsi Kremlin təlimati ilə reallaşıb. Bizim etirazçılarla görüşməməsi əsasən ona verilən əmrlə bağlıdır. Volkov əmrə tabe olan adamdır və ondan biz ciddi bir şeylər gözləməyək. Bu, onu göstərir ki, Moskva erməniləri himayə edir və onların nazı ilə oynayır.

Ümumiyyətlə, Laçın dəhlizində bağlı vəziyyəti Volkov həll edə bilməz. Burada ErmənistanRusiyanın qanunsuz fəaliyyəti aşkar edilib və təkcə mədən ərazilərin qanunsuz istismarı deyil, silah və sursatı daşınmasının qarşısı alınır. Bunlar mədən ərazilərində fəaliyyəti dayandırdı etirazı dayandıraq belə bir şey yoxdur. Ona görə də Azərbaycanın maraqları təmin edilməli və bu tələblər qanunidir.

Sülhməramlı qüvvələr öz missiyasını yerinə yetirmir. Onlar burada iki toplum arasında etnik düşmənçiliyə xidmət edir. Düşünürəm ki, Azərbaycan bu prosesi müsbət və beynəlxalq qanunlara əsasən həll edəcək. Bura Azərbaycan ərazisidir və biz Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətindən narazıyıq Ona görə biz onların növbəti beş illiyində qalmasına icazə verməməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Volkov Görüş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ən çox oxunanalar