Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oliqarx Antovu Putin öldürtdürüb?

Rusiyalı oliqarxlarların müəmmalı ölüm halları artır. Son olaraq Putini tənqid edən rus oliqarx oteldə pəncərədən düşərək ölüb…

PİA.az xəbər verir ki, bu barədə Türkiyənin haberler.com xəbər portalında yayılan məlumatda bildirilir.

Rusiya lideri Putini tənqid edən şəxslər son vaxtlar müəmmalı şəkildə ölür. Dünən məlumat verildiyimiz kimi, Rusiya lideri Putini tənqid edən oliqarxlardan biri, nəhəng kolbasa şirkətinin sahibi Pavel Antov Hindistanda qaldığı lüks otelin “pəncərəsindən yıxılaraq” dünyasını dəyişib.

Qeyd edək ki, son zamanlar Rusiyada Putini tənqid edən oliqarxlar müəmmalı şəkildə ölür. Rusiya mediası bildirilib ki, ad gününü qeyd etmək üçün dostları ilə getdiyi Hindistanın Rayaqada bölgəsində lüks oteldə qalan Antov otelin üçüncü mərtəbəsindəki pəncərədən yıxılaraq ölüb. Bildirilib ki, Vladimir vilayətində yerli deputat kimi fəaliyyətini davam etdirən və ölkənin ən zəngin siyasətçilərindən biri olan Antov ağır bədən xəsarətləri ilə otelin hovuzunda tapılıb və aparıldığı xəstəxanada dünyasını dəyişib.

Antov Putini Ukraynanın işğalına görə tənqid etmişdi. Rusiyalı iş adamı Rusiyanın Ukraynaya raket hücumunda həlak olan mülki şəxslərin görüntüləri ilə bağlı “Bunun üçün terrordan başqa ad tapmaq çox çətindir” sözləri ilə diqqəti çəkmişdi. Təzyiqlərdən sonra Antov bir addım geri çəkilərək hər zaman Putini dəstəklədiyini söyləyərək üzr istəmişdi.

Forbes Russian nəşrinin yazdığına görə, evli və bir uşaq atası olan Antovun illik gəliri 157 milyon dollar olub.

“Lukoyl”un baş meneceri də eyni şəkildə ölmüşdü

Son aylarda Rusiya iş dünyasının bir çox tanınmış ismi dəqiq müəyyən edilə bilinməyən səbəblərdən həyatını itirib. Sentyabrda Rusiyanın enerji nəhəngi “Lukoyl”un baş meneceri Ravil Maqanov da xəstəxananın pəncərəsindən yıxılaraq ölmüşdü.

Oliqarxlar müharibədən əziyyət çəkirlər

Müəmmalı ölümlərlə bağlı sirr pərdəsini açmaq mümkün olmasa da, bəziləri Ukrayna müharibəsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalara görə Rusiyada oliqarxların böyük ziyana düşdükləri bildirilir. Bu da onları Putinin başlatdığı müharibəyə qarşı fikir söyləmələrinə səsb olur. Son nəticədə isə müharibəyə qarşı olub Putini tənqid edən oliqarxlar müəmmalı şəkildə ölürlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Bu hərbçilərin maaşları dəyişdi - Baş nazir qərar imzaladı

Braziliyanın nazir müavini: COP30 COP29-da əldə edilmiş razılaşmalardan istifadə edəcək

Ən çox oxunanalar