Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bakcell" jurnalistlər üçün seminar keçirib

"Bakcell" MMC jurnalistlər və blogerlər üçün “Mobil telekommunikasiya: son nailiyyətlər və yeni texnologiyalar” mövzusunda iki günlük seminar təşkil edib. Mobil rabitəyə həsr olunmuş bu ənənəvi seminarın əsas məqsədi telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, rəqəmsallaşdırma, innovasiyalar və son tendensiyalar barədə mətbuat nümayəndələrinin və blogerlərin məlumatlılığını artırmaqdır.

Tədbirdə ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalist və bloger iştirak edib.

"Bakcell" əməkdaşlarının iştirakı ilə seminar çərçivəsində “eSIM texnologiyası”, “B2B ekosistemi və onun bazara təsiri”, “VoLTE texnologiyası”, “Mobil rabitə şəbəkəsinin iş prinsipi”, ”Qarabağda Bakcell şəbəkəsinin qurulması və genişlənməsi”, “Qlobal telekommunikasiya trendləri: süni intellekt”, “Korporativ sosial məsuliyyət strategiyası və onun cəmiyyətə faydası” kimi mövzular üzrə təqdimatlar və interaktiv sessiyalar keçirilib.

Şirkət nümayəndələri jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, fikir mübadilələri və müzakirələr aparıblar.

"Bakcell" 2015-ci ildən başlayaraq hər il davamlı olaraq mətbuat üçün mobil telekommunikasiyaya həsr olunmuş seminarlar təşkil edir.

pia.az


Etiket: bakcell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ən çox oxunanalar