Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda "falçı" “instagram”da qadınlara qarşı dələduzluq etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nailə Məmmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb...

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 2 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, Ağdam rayon sakini, 2001-ci il təvəllüdlü Nailə Məmmədova “instagram” sosial şəbəkəsində olan “Xanimlar” adı ilə qeydiyyata alınan səhifədə tanış olduğu zərərçəkmiş Günay Quliyevanın (şərti) etibarından sui-istifadə edərək ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsilə hər bir problemini həll edə biləcəyi barədə yalan məlumatlar verib. O, qadının şəxsində və həmçinin yaşadığı mənzildə ağır neqativ enerjinin olduğu, gələcək işlərinin normal həll olunması üçün həmin neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə Günayın bədənindən və yaşadığı mənzildən çıxaracağına söyləyib. Nailə bu yolla qadının ümumilikdə 2190 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Nailə "instagram” sosial şəbəkəsində olan “tebii_energy_ritual” adı ilə qeydiyyata alınan səhifədə tanış olduğu zərərçəkmiş Nigar Əliyevadan (şərti) da eyni yolla 2570 manat pul alıb.

Daha sonra Nigar aldadıldığını başa düşüb və dələduzluq yolu ilə ələ keçirmiş olduğu pulunun qaytarılmasını tələb edib. Lakin o, zərərçəkmiş şəxsdən həmin pulu tələb etməsindən imtina etməsi üçün əvvəlcədən qadın tərəfindən ona göndərilmiş, özünün və ailə üzvlərinin şəkillərindən ibarət videomaterial hazırlayaraq Nigarın barəsində rüsvayedici məlumatları “tebil_energy_ritual” səhifəsində paylaşmaqla hədələyib.

Qadınların şikayəti əsasında saxlanılan Nailə Məmmədovanın barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

pia.az


Etiket: falçı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

Azərbaycan idmançıları Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qalib olublar

İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub

Ən çox oxunanalar