Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Piontkovski: Putinin hakimiyyət sistemi gözümüzün önündə dağılır - Video

Ukraynanın müharibədə tez bir zamanda qələbəsi Rusiyada bütün hakimiyyət sistemi dağılacaq və orada “klassik rus qarşıdurması” və vətəndaş müharibəsi başlayacaq…

PİA.az xəbər verir ki, məşhur publisist və politoloq Andrey Piontkovski bu fikri UNİAN-a müsahibəsində bildirib

Rusiya diktatoru Vladimir Putinin hakimiyyət sistemi gözümüzün dağılır dağılır. “Vaqner qrupu”nun rəhbəri Yevgeni Priqojinin böyük ambisiyaları var və Ramzan Kadırov özünü kiçik bir dəstənin komandirindən qat-qat ciddi aparır”, deyə politoloq bildirib.

Piontkovski hesab edir ki, məhz Rusiyanın dağılma qorxusu Qərbi qətiyyətli addımlardan çəkindirir. Onun fikrincə Rusiyada yaradılan şəxsi ordular Ukraynada qələbəyə deyil, Rusiyanın özündə gələcək vətəndaş müharibəsinə yönəlib.

"Diqqət etmisinizmi ki, Priqojin Zelenskiyə və Ukrayna ordusuna ilk dəfə müraciət etmir? Kremlin təbliğatçı qopniklərindən fərqli olaraq, o, bunu əslində hörmətlə edir. Bu dəfə o, başqaları kimi Zelenskiyə “kloun” demədi və “Vladimir Aleksandroviç Zelenski deyə müraciət eddi. Bundan əvvəl o, Ukrayna ordusunun döyüş qabiliyyətini də yüksək qiymətləndiririb. Priqojin hərbi cinayətkardır”, deyə politoloq vurğulayıb.

Piontkovski bildirib ki, Priqojin, Kadırov, Roqozin öz ordularını Putindən sonrakı Rusiyanın böyük vətəndaş müharibəsi üçün yaradılıblar. Priqojinin böyük ambisiyaları var. Kadırov özünü kiçik bir dəstənin komandirindən qat-qat əhəmiyyətli bir adam kimi aparır. Bu, onu göstərir ki, Putinin hakimiyyət sistemi dağılır. Təəssüf ki, bu həm də Qərbi qəti addımlar atmaqdan çəkindirən elementlərdən biridir”, deyə Piontkovski qeyd edib.

Ekspert vurğulayır ki, Qərb indi sadə bir iş görməlidir. Ukrayna Silahlı Qüvvələrinə lazım olan bütün silahları verməlidir. “Lakin Qərb Ukraynanın sürətli qələbəsindən qorxur”, deyə o, əlavə edib.

"Heç bir hərbi kompleks sifariş etməyə ehtiyac yoxdur, onlarda onsuz da kifayət qədər silah var. O silahların çoxu Polşada anbarlarındadır”, deyə Piontkovski deyir.

Ekspert Ukraynanın qələbəsinin təmin olunmasından sonra Rusiyada bütün hakimiyyət sisteminin dağılacağını və orada “klassik rus qarşıdurmasını”nın və vətəndaş müharibəsinin başlayacağını proqnozlaşdırır;

“11 saat qurşağından ibarət geniş ərazidə vətəndaş müharibəsi başlayacaq. Bu, Qərbi qorxudur. 15 ildir ki, Putin onları bununla qorxudur, indi də bu qorxu ilə bütün Avropadnın təhlükəsinə çevrilib” deyə Piontkovski müsahibəsində bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Bu qan qrupundan olan insanlar daha çox yaşayırlar

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Ən çox oxunanalar