Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ABŞ Konqresində etdiyi çıxışa görə Zelenskiyə qəzəblənib

İran Xarici İşlər Nazirliyi Zelenskiyə ABŞ-ın dəstəklədiyi liderlərdən dərs almağı tövsiyə edib…

PİA.az xarizi mətbuata əsasən xəbər verir ki, Tehranda Ukrayna prezidenti Zelenskinin İran İslam Respublikası ilə bağlı işlətdiyi ifadələri son dərəcə ağrılı qarşılayıblar.

İran Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda qurumun sözçüsü Naser Kənani Ukrayna prezidentinin cavabını verməyə çalışıb:

“Zelenski bilməli idi ki, İranın bu cür əsassız ittihamlara qarşı strateji səbri sonsuz deyil”.

İranlı diplomat Ukrayna prezidentinin ABŞ Konqresində İslam Respublikasına qarşı dəfələrlə səsləndirdiyi ittihamları və kobud ifadələrini pisləyib. Kənani deyib ki, İran Ukrayna rəsmilərinin İslam Respublikasına qarşı dronlarla bağlı əsassız iddialarına dəfələrlə cavab verib.

Kənani bir daha vurğulayıb ki, İran İslam Respublikası Ukraynadakı münaqişədə istifadə üçün heç bir tərəfə heç bir hərbi texnika ya da silah verməyib. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, Tehran hər zaman bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət edib.

Kanaani həmçinin Ukrayna prezidentinə ABŞ-dan dəstək alan bəzi siyasi liderlərin taleyindən dərs almağı tövsiyə edib.

Qeyd edək ki, dünən Kapitoliyada çıxışı zamanı Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə iştirak edən və Moskvaya silah satan İrana qarşı qarşı sanksiyaları gücləndirməyə çağırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar