Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kolumbiyada kokain istehsalı rekord səviyyəyə yüksəlib

Kolumbiyada kokain istehsalı rekord səviyyəyə yüksəlib və on il əvvəlki göstəricini iki dəfə artırıb...

PİA.az xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin məlumatına görə, hazırda bu ölkədə ildə 2000 tona yaxın qadağan olunmuş maddə istehsal olunur.

Nəşrin məlumatına görə, La Dorada şəhərinin ərazisində olan mal-qara təsərrüfatları və balıq fermaları ərazidə olan “sonsuz koka tarlalarından” geridə qalır.

Peyk fotoşəkillərinə görə, 2021-ci ildə Kolumbiyada belə tarlaların sahəsi rekord həddə - 200.000 hektara çatıb ki, bu da məşhur mafioz Eskobar dövründən beş dəfə çoxdur.

“Kokain planetin onu əvvəllər görməmiş guşələrinə çatdırılır, çünki orada əvvəlki bazarların tələbatından daha çox narkotik var”, deyə Bloomberg Kolumbiyanın narkotik ticarətini davamlı olaraq işıqlandıran yazıçı Tobi Musenin sözlərindən sitat gətirir.

Bloomberg yazır ki, Kolumbiyadan Avropaya narkotik tədarükü əsasən Atlantik okeanı üzərindən üzən kommersiya yük gəmiləri tərəfindən həyata keçirilir. Avropa İttifaqının məlumatına görə, beş il ərzində Avropada ələ keçirilən kokain ixracının miqdarı üç dəfə artıb.

Qeyd edək ki, bir müddət əvvəl Serbiya millisinin sabiq müdafiəçisi Duşan Petkoviçin Amsterdamda 115 kq kokainlə saxlanılması ilə bağlı məlumat yayılmışdı. Müsadirə edilən narkotik vasitələrin dəyəri 11 milyon avro dəyərində qiymətləndirilirdi. Saxlanma beynəlxalq əməliyyat çərçivəsində həyata keçirilib və Duşan Petkoviç Cənubi Amerikadan Avropaya narkotik vasitələrin daşınması ilə məşğul olan mütəşəkkil dəstənin üzvü olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay