Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Afrika barteri – Təbliğat əvəzinə Mi-28 helikopterləri…

Afrikada Rusiya təbliğatını apara bilmək üşün Moskva Mi-28 hücum helikopterləri verir…

PİA.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

WSJ yazır ki, müvafiq razılığı Uqandadakı rusiyalı diplomatlar əldə ediblər. Rusiyalı diplomatlar Mi-28 hücum helikopterlərinin çatdırılmasını sürətləndirmək müqabilində Uqandada Rusiya dövlət mediasının yayımlanmasını istəyiblər.

Nəşrin yazdığına görə, Ukraynaya genişmiqyaslı işğaldan az sonra Uqanda Müdafiə Nazirliyinin rəsmiləri Rusiyanın bu ölkədəki səfiri Vladlen Semivolos və səfirliyin ideologiya şöbəsinin rəhbəri Yevgeni Kalaşnikovla görüşü keçiriblər. Rus diplomatlar bildiriblər ki, Uqandanın əsas xarici xəbər mənbəyi olan Qərb mediası Rusiyanın hərəkətlərini mənfi tərəfdən göstərir. Onlar həm balansı təmin etmək, həm də Qərbi etibarsız, Moskvanı isə daha etibarlı tərəfdaş kimi göstərən xəbərlər dərc etməyi təklif ediblər.

Bunun müqabilində ruslar Mi-28 hücum helikopterlərinin çatdırılmasını sürətləndirməyi, həmçinin təbliğat şəbəkəsinin, prezident Yoveri Museveninin tənqidinə qarşı yönəlmiş kommunikasiya strategiyasının işlənib hazırlanması gizli informasiya xidmətinin yaradılmasını təklif etdilər.

Qeyd edək ki, ötən il 78-ci il yaşlı Yoveri Museveni ardıcıl altıncı dəfə prezident seçkilərində qalib gəlib. Seçkilər ərəfəsində ölkədə internet bağlanıb. Müxalifət onu səsvermə saxtakarlığında ittiham edib.

WSJ yazır ki, Uqanda rusların bu təkliflə razılaşıb: “İndi ölkənin ən məşhur dövlət televiziya kanalı UBC-nin də daxil olduğu bütün yerli kanalalr milyonlarla yerli tamaşaçılara hər gün Kremlin Ukraynadakı müharibə haqqında reportajlarını göstərir. Bu hekayələrə görə, Ukrayna müharibəsində Rusiya qalib gəlir. Paralel olaraq bildirilir ki, Afrikadakı ərzaq qıtlığının səbəbi məhz Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardır.

Həmçinin, Rusiyanın Afrikadakı gizli təbliğat ofiisinin əməkdaşları Uqanda Prezidentinin İctimaiyyətlə Əlaqələr Departamentində iş prosesində müntəzəm iştirak edir, burada onlara ölkə müxalifətini gözdən salmağa və Museveni komandasının nailiyyətlərini vurğulamağa yönəlmiş “hekayələr” yaratmağa kömək edirlər.

WSJ bildirir ki, Uqanda prezidentinin ictimaiyyətlə əlaqələrə cavabdeh olan yüksək vəzifəli məmurlar hökumətyönlü medianın əməkdaşları ilə Whatsapp-da yazışırlar. Məsələn, iyul ayında rəsmi şəxslərdən biri Rusiya səfiri Vladlen Semivolosun “Rusiya Qərbin sanksiyalarına tab gətirəcək, Qərbin özü onlara tab gətirə bilərmi?” başlıqlı yazısını Whatsapp vasitəsi ilə redaksiyalara yolalyıb.

“Lütfən, bunu mümkün qədər geniş şəkildə yayımlayın, bu, hələ də ideoloji mənada çaşqın olanlara kömək edəcək”, deyə əlavə mesajda qeyd edilib.

Bir neçə onlayn xəbər portalı bu məqaləni dərc edib. Onların arasında Adam Kunqu tərəfindən idarə olunan Plus News var. Jurnalist aparıcılıq etdiyi dövlət radiosunun prime-taym tok-şousunda Şərqi Afrikadakı aclığın Qərbin sanksiyalarının nəticəsi olduğunu deyib və məqalədəki “hekayəni” təkrarlayıb.

Mayın sonunda, WSJ-nin əlinə keçən WhatsApp yazışmalarından bir neçə həftə əvvəl, Rusiya istehsalı olan üç Mi-28 hücum helikopteri Uqandanın əsas hərbi hava qüvvələri bazasına gətirilib. Helikopterlər dekabrda təhvil verilməli idi, lakin onlar Uqanda hökümətinə qonşu Konqoda İŞİD-ə bağlı terrorçulara qarşı hücumunu dəstəkləmək üçün daha əvvəl lazım olub. Oktyabrın sonunda daha üç helikopter gəlib.

Rusiya həmçinin Uqanda pilotlarına təlim keçir. Eyni zamanda Nakasonqola Hava Bazasında yeni helikopterlərə texniki xidmət mərkəzini modernləşdirməyi öhdəsinə götürüb.

Uqanda Müdafiə Nazirliyinin sözçüsü WSJ-yə açıqlamada bütün bu iddiaları təkzib edib.

WSJ-nin məlumatına görə, Uqandada fəaliyyət göstərən Rusiya təbliğat qrupunun arxasında “Vaqner qrupu” və Yevgeni Priqojin dayanır. Bununla bağlı Yevgeni Priqojin WSJ-yə deyib ki, heç bir Rusiya vətəndaşı Afrikada “informasiya təxribatı” ilə məşğul olmur. “Vaqner qrupu”nun rəhbəri əlavə suallara cavab verməkdən imtina edib.

Bu, Priqojinə qarşı xarici dövlətlərin siyasətinə müdaxilə ilə bağlı ilk ittiham deyil. Bundan əvvəl o, İnternet Araşdırmaları Agentliyinin köməyi ilə ABŞ prezident seçkilərinə müdaxilə etməkdə ittiham olunurdu.

2019-cu ildə Proekt nəşri yazıb ki, “Vaqner qrupu” ən azı 39 ölkədə fəaliyət görtərir. Priqojinə bağlı siyasi texnoloqlar isə ən azı 20 Afrika ölkəsində işləyir.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Ən çox oxunanalar