Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbovu Naxçıvana buraxmırlar?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun personası ətrafında yaranmış ajiotaj davam edir...

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) muxtar respublikada ard-arda keçirdiyi əməliyyatlardan sonra Talıbovun “çırağı”nın söndüyünə dair ehtimallar gündəmə gəldi. Naxçıvan “xan”ının təcili Bakıya çağırılması və uzunmüddətli məzuniyyətə göndərilməsindən sonra bu ehtimallar daha da qüvvətləndi.

Yenisabah.az bildirir ki, təxminən 30 ildən sonra hüquq-mühafizə orqanlarının Naxçıvanda əməliyyat keçirməsi cəmiyyəti silkələyib. Toxunulmazlığı ilə ad çıxaran Ali Məclis sədrinin ən yaxın adamlarının bir-birinin ardınca məhbəsə göndərilməsi çoxsaylı suallar doğurdu. Hələ də bir çox analitik Naxçıvan hadisələrinin pərdəarxasını çözməyə, hadisələrin bundan sonrakı inkişafına dair proqnoz verməyə çətinlik çəkir.

Nəşr qeyd edir ki, yaxın günlərdə Naxçıvanda həbslərin növbəti dalğası başlayacaq. Mənbə deyib ki, hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşlarından təşkil olunmuş və bir müddət əvvəl Naxçıvana ezam edilmiş xüsusi qrup növbəti həbslər üçün zəmin hazırlayıb. Onların qısa müddət ərzində kifayət qədər sanballı dəlillər topladığı bildirilir.

Məlumatlı şəxsin sözlərinə görə, Vasif Talıbovun Naxçıvana qayıtmaması bu prosesi bir qədər də sürətləndirib. Müsahibimiz Ali Məclis sədrinin Naxçıvana buraxılmadığını deyib. Onun fikrincə, bunda əsas məqsəd hüquq-mühafizə orqanlarının əməkdaşlarının muxtar respublikada daha sərbəst fəaliyyət göstərməsini təmin etməkdir. Vasif Talıbovun “kölgə”sini üzərlərində hiss etməyən sıravi naxçıvanlıların muxtar respublikada baş verən qanunsuzluqları daha tez dilə gətirdiyi, hüquq-mühafizə orqanlarını yeni sübutlarla təmin etdikləri bildirilir.

Qeyd edək ki, bu yaxınlarda Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun bir qrup keçmiş və hazırkı əməkdaşı bu qurumda baş verənlərlə bağlı ictimaiyyətə və DTX-ya müraciət edib. Şikayətçilər hazırda Naxçıvanda yoxlama aparan DTX əməkdaşlarından bu qurumun fəaliyyətini də araşdırmağı xahiş ediblər.

Hadisələrin inkişafı Naxçıvanda həbs dalğasının genişlənəcəyinə, bu prosesin digər yüksək rütbəli məmurları da əhatə edəcəyinə şübhə yeri qoymur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Ən çox oxunanalar